Şəhid övladları üçün “Bilimdən Zəfərə” layihəsi həyata keçirildi

Şəhid övladları üçün “Bilimdən Zəfərə” layihəsi həyata keçirildi
26.05.2025 12:53

Gəncə şəhərində “YAŞAT” Fondunun, “ASAN xidmət”in, “İnnovasiyalar Mərkəzi”nin, “Bilim Bakı” Mərkəzinin birgə təşkilatçılığı, Gəncə Şəhər İcra Hakimiyyəti, Göygöl Rayon İcra Hakimiyyəti, “ASAN Könüllüləri” Təşkilatının dəstəyi və “Ziraat Bank Azərbaycan” ASC-nin sponsorluğu ilə “Bilimdən Zəfərə” layihəsi keçirilib. 

TodayPress TV xəbər verir ki, layihə Gəncə şəhəri, Göygöl, Daşkəsən və Samux rayonlarından olan 6-14 yaş arasındakı 90-dan çox şəhid övladını əhatə edib. 

İştirakçılara riyaziyyat, dizayn, təbiət elmləri, texnologiya, astronomiya sahəsində müxtəlif təlimlər, ustad dərsləri keçirilib, proseslərin vizual izahı üçün müşahidələr və təcrübələr aparılıb.

Həmçinin maarifləndirici, intellektual oyunlar reallaşdırılıb, “Bilim şou” nümayiş etdirilib.   

Məqsəd uşaqların elmə, innovasiyaya və texnologiyaya marağını artırmaq, elmi hadisələrin təcrübədə necə işlədiyini müşahidə etmələrinə imkan yaratmaqdır.

Eləcə də onların istirahət günlərinin səmərəli təşkili və dostluq əlaqələrinin möhkəmləndirilməsi əsas hədəflərdəndir. 

Sonda layihə iştirakçılarına sertifikat və hədiyyələr təqdim olunub. 

“YAŞAT” Fondu tərəfindən mütəmadi olaraq maarifləndirici layihələrin icrası reallaşdırılır. 

Layihənin media dəstəyi “ASAN TV” və “ASAN Radio”dur.

FOTOLAR

Şəhid övladları üçün “Bilimdən Zəfərə” layihəsi həyata keçirildi — 1
Şəhid övladları üçün “Bilimdən Zəfərə” layihəsi həyata keçirildi — 2
Şəhid övladları üçün “Bilimdən Zəfərə” layihəsi həyata keçirildi — 3
Şəhid övladları üçün “Bilimdən Zəfərə” layihəsi həyata keçirildi — 4
XƏBƏR LENTİ
01 AVQUST 2026
Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Bütün Xəbərlər