Retro vaqonlar, Kosa və Keçəl “İçərişəhər”də sizi gözləyəcək

Retro vaqonlar, Kosa və Keçəl “İçərişəhər”də sizi gözləyəcək
18.03.2026 11:47

Novruz bayramı münasibətilə Bakı Metropoliteninin muzey eksponatları hesab olunan retro vaqonlar ənənəvi qaydada nümayişə çıxarılacaq.

TodayPress TV xəbər verir ki, sərnişinlər martın 19-u, 20-i və 21-də səhər saat 10:00-dan axşam 22:00-dək “İçərişəhər” stansiyasının birinci yolunda sərgilənəcək vaqonlarla yaxından tanış ola, foto-video çəkərək tarixin yaddaşına həkk edə bilərlər.

Keçmiş SSRİ-nin ilk metro qatarının tərkib hissəsi olmuş “A” tipli vaqon, habelə 1950-ci illərin istehsalı “Q” və “E” tipli vaqonlar xüsusən orta və yaşlı nəslin nümayəndələrinə nostalji hisslər yaşadacaq.

Vaqonlar bayramla əlaqədar xüsusi bəzədiləcək, həmçinin Novruz bayramının əsas personajlarından sayılan Kosa və Keçəl sərnişinlərin görüşünə gələcək.

Baharın müjdəçiləri 3 gün ərzində saat 10:00-dan 16:00-dək “İçərişəhər” stansiyasında məzəli zarafatları, şeirləri, dadlı-duzlu sorğu-sualları ilə təkcə balaca sərnişinlərə deyil, böyüklərə də xoş anlar bəxş edəcəklər.

TodayPress TV

FOTOLAR

Retro vaqonlar, Kosa və Keçəl “İçərişəhər”də sizi gözləyəcək — 1
Retro vaqonlar, Kosa və Keçəl “İçərişəhər”də sizi gözləyəcək — 2
Retro vaqonlar, Kosa və Keçəl “İçərişəhər”də sizi gözləyəcək — 3
Retro vaqonlar, Kosa və Keçəl “İçərişəhər”də sizi gözləyəcək — 4
Retro vaqonlar, Kosa və Keçəl “İçərişəhər”də sizi gözləyəcək — 5
Retro vaqonlar, Kosa və Keçəl “İçərişəhər”də sizi gözləyəcək — 6
XƏBƏR LENTİ
16 IYUN 2026
ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başladı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 İrana pul verilməyib, İsrail Livanda qalacaq! - ABŞ rəsmisi AÇIQLADI 21:44 ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçildi 21:10 Tehran ABŞ ilə sazişə hazırlaşır: İmzadan sonra nə baş verəcək? 20:57 "Həm Putin, həm də Zelenski Ukraynada sülhə açıqdır" - Tramp 20:39 Vens anlaşma imzalandığını təsdiqlədi 20:22 ABŞ və İran anlaşma memorandumunu imzaladı? - Detallar açıqlanacaq.. 20:00 İslamabad razılaşmasının detalları açıqlandı 19:43 Bütün Xəbərlər