“Rəqəmsal Jurnalistika (“Digital Journalism”)” mövzusunda təlim proqramı uğurla yekunlaşdı

“Rəqəmsal Jurnalistika (“Digital Journalism”)” mövzusunda təlim proqramı uğurla yekunlaşdı
20.11.2025 18:12

Medianın İnkişafı Agentliyi və “Euronews” telekanalının birgə təşəbbüsü ilə keçirilən “Euronews Academy” beynəlxalq tədris proqramı çərçivəsində noyabrın 17-dən 20-dək davam edən “Rəqəmsal Jurnalistika (“Digital Journalism”)” mövzusunda növbəti təlim modulu başa çatıb.

TodayPress TV xəbər verir ki, təlimin ilk iki günündə “Euronews” telekanalının tanınmış mütəxəssisi, 14 ildən artıq beynəlxalq təcrübəyə malik multimedia jurnalisti Tuba Altunkaya tərəfindən “Rəqəmsal xəbər toplanması və məlumat əsaslı jurnalistika” mövzusunda təlim keçilərək iştirakçılara rəqəmsal mühitdə informasiya toplama, faktların yoxlanılması və analitik təqdimat üsulları barədə geniş məlumat verilib.

Proqramın üçüncü günü “Sosial media və “YouTube” kanallarının idarə olunması” mövzusuna həsr edilib. “Euronews”un Yunan xidməti və “Euronews” Daşkənd Bürosunun rəhbəri Akis Tatsis rəqəmsal platformalarda kontent strategiyasının qurulması, paylaşımların effektivliyinin artırılması barədə iştirakçıları məlumatlandırıb.

Təlim proqramının son günündə isə A. Tatsis “Mobil jurnalistika” mövzusu çərçivəsində iştirakçılara mobil telefon vasitəsilə operativ çəkilişin aparılması, kompozisiya və işıqlandırma üzrə düzgün yanaşmalar, səsin keyfiyyətli yazılması, eləcə də foto və videomaterialların mobil redaktə alətləri vasitəsilə işlənməsi qaydalarını izah edib.

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUN 2026
Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 İrana pul verilməyib, İsrail Livanda qalacaq! - ABŞ rəsmisi AÇIQLADI 21:44 ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçildi 21:10 Tehran ABŞ ilə sazişə hazırlaşır: İmzadan sonra nə baş verəcək? 20:57 "Həm Putin, həm də Zelenski Ukraynada sülhə açıqdır" - Tramp 20:39 Bütün Xəbərlər