Regionlara fəaliyyət göstərən müntəzəm marşrutların 30 faizi yeniləndi

Regionlara fəaliyyət göstərən müntəzəm marşrutların 30 faizi yeniləndi
28.07.2025 16:54

Bakı şəhərindən respublikanın müxtəlif şəhər və rayonlarına fəaliyyət göstərən marşrut xətləri üzrə indiyədək keçirilmiş müsabiqələr əsasında sərnişindaşıma fəaliyyətinə 92 ədəd yeni və müasir avtobuslar cəlb edilib. Bu, avtobus parkının təxminən 30%-nin yeni və müasir nəqliyyat vasitələri ilə əvəz olunması deməkdir.

TodayPress TV xəbər verir ki, Bakı-Bərdə və Bakı-Tərtər istiqamətləri üzrə bütün müsabiqələr bitib və keçirilmiş müsabiqələr nəticəsində mövcud avtobus parkı tamamilə (100%) yenilənərək müasir və komfortlu nəqliyyat vasitələri ilə əvəz olunub.

Bakı-Mingəçevir istiqaməti üzrə keçirilmiş müsabiqələr nəticəsində mövcud avtobus parkının təxminən 45%-i müasir və komfortlu nəqliyyat vasitələri ilə əvəz edilib.

Bakı-Gəncə və Bakı-Zaqatala istiqamətləri üzrə keçirilmiş müsabiqələr nəticəsində mövcud avtobus parkının təxminən 40% yenilənməsinə nail olunub. 

Keçirilmiş müsabiqələr nəticəsində daşımalara “Neoplan”, “Man”, “King Long” və “Temsa” markalı nəqliyyat vasitələri cəlb edilib. 

Bakı şəhərindən respublikanın müxtəlif şəhər və rayonlarına fəaliyyət göstərən reyslərin təqribən 92%-i onlayn bilet satışı üçün “Biletim.az” portalına inteqrasiya olunub. Bakı şəhərindən regionlara onlayn bilet satışının həcmi 2025-ci ilin ilk 7 ayında 26% olub.

XƏBƏR LENTİ
16 IYUN 2026
Moskva hədəfdə: Ukrayna dronları paytaxta hücum etdi - VİDEO 09:03 DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Bütün Xəbərlər