Ramin Məmmədov: “Rəqəmsal əsrdə yeni dini təhsil modeli qurmağa çalışırıq”

Ramin Məmmədov: “Rəqəmsal əsrdə yeni dini təhsil modeli qurmağa çalışırıq”
22.10.2025 11:17

“Rəqəmsal texnologiyalar əsrində şəxsiyyətin formalaşdırılması, ictimai inteqrasiya, sosial məsuliyyət və qlobal dialoqun əsas vasitələrindən biri kimi çıxış edən dini təhsil modeli qurmağa can atırıq”.

TodayPress TV xəbər verir ki, bunu Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov “Müasir din təhsili modelləri: mənəvi dəyərlər və qlobal çağırışlar kontekstində” beynəlxalq simpoziumunun açılış mərasimində deyib.

O qeyd edib ki, din təhsili nə konservativ şəkildə keçmişə qapanmalı, nə də mənəvi dəyərləri, ənənələri inkar edərək kor-koranə modernliyə tabe olmalıdır:

“Bizə ənənələrlə çağırışlar arasında qızıl orta xəttin üzərində qurulmuş yeni bir model lazımdır. Bu model mənəvi dəyərlərin qorunması, sosial inteqrasiya və qlobal dialoqa hazırlıq kimi strateji vəzifələrin uğurla həyata keçirilməsində həlledici rol oynaya bilər. Çünki rəqəmsal texnologiyalar, mənəvi dəyərlər, qlobal çağırışlar, multikulturalizm, dini radikalizm kimi sosial-psixoloji amilləri nəzərə almadan uğurlu dini təhsil modeli yaratmaq mümkünsüz görünür.

Bu gün dünyada müxtəlif dini təhsil modelləri tətbiq olunur və onların hər birinin öz üstünlükləri və məhdudiyyətləri var. İslam dünyası mənəvi dərinliyi ilə, Qərb isə metodoloji strukturu ilə fərqlənir. Bu iki təcrübənin sintezi, qlobal səviyyədə inklüziv, lakin mənəvi əsaslara sadiq modelin yaradılmasına imkan verir”.

R.Məmmədov diqqətə çatdırıb ki, müasir dünyada artıq din təhsili sadəcə dini biliklərin aşılanması və dini maarifləndirmənin genişləndirilməsi vasitəsi deyil, həm də sülh, dialoq və sosial inteqrasiya üçün ən effektiv platformalardan birinə çevrilib:

“Biz müxtəlif dini təhsil modellərinin ən faydalı tərəflərini, səmərəli təcrübəni öyrənərək universal bir variant tapa bilərik. Bu elə bir model olmalıdır ki, heç bir xalqın, cəmiyyətin ənənəvi dəyərlərinə, tarixi keçmişinə, eyni zamanda dünyagörüşünə zidd olmasın. Eyni zamanda müasir çağırışları ehtiva edə bilsin. Bəlkə ümumiyyətlə bu axtarışlara ehtiyac yoxdur – hər xalqın öz modelini qoruması daha məntiqlidir? Bugünkü simpoziumun cavab axtardığı əsas suallardan biri də məhz bu olacaqdır”.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Bütün Xəbərlər