Ramin Məmmədov Deyvid Bednar ilə görüşdü

Ramin Məmmədov Deyvid Bednar ilə görüşdü
08.10.2025 13:20

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov ABŞ-yə səfəri çərçivəsində İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin "On iki Həvari Kvorumu"nun üzvü Deyvid Bednar ilə görüşüb.

Bu barədə TodayPress TV-yə Komitədən məlumat verilib.

Dövlət Komitəsinin sədri vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərdə məscid və kilsələrin bərpası Azərbaycanın dövlət-din münasibətlərində nümunəvi təcrübəsini nümayiş etdirir.

Dini qurumlarla əməkdaşlıq siyasətinin məqsədi cəmiyyətdə qarşılıqlı anlaşmanın, həmrəyliyin və mənəvi dəyərlərin qorunması, eləcə də təşviqidir.

İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin Azərbaycandakı uğurlu fəaliyyətinə toxunan Ramin Məmmədov görüş iştirakçılarını dini icmaya məxsus kilsənin yaxın zamanlarda keçirilməsi nəzərdə tutulan açılış mərasiminə dəvət edib.

Deyvid Bednar Azərbaycanın sülh quruculuğu və dinlərarası dialoq prosesindəki roluna toxunaraq Azərbaycanda təkcə ənənəvi dinlərin yox, onların müxtəlif qollarının mənsublarına da sərbəst şəkildə ibadət etmək imkanının yaradılmasını yüksək qiymətləndirdiyini deyib.

Bildirib ki, Azərbaycanda dini konfessiyalara münasibət, tarixi-dini abidələrin bərpasına göstərilən xüsusi diqqət, dinlərarası dialoq mövzusunda təşkil olunan beynəlxalq konfranslar dövlətin tolerantlıq prinsiplərinə yanaşmasını nümayiş etdirir.

Kilsənin "Yetmiş Həvari Kvorumu"nun üzvü Cek Gerardın da iştirak etdiyi görüşdə əməkdaşlıq perspektivləri, beynəlxalq platformalarda Azərbaycanın multikulturlaizm və tolerantlıq ənənələrinin təbliği barədə fikir mübadiləsi aparılıb.

TodayPress TV

FOTOLAR

Ramin Məmmədov Deyvid Bednar ilə görüşdü — 1
Ramin Məmmədov Deyvid Bednar ilə görüşdü — 2
Ramin Məmmədov Deyvid Bednar ilə görüşdü — 3
XƏBƏR LENTİ
15 IYUN 2026
Vuçiç Gürcüstanda rəsmi səfərdədir 15:43 Filippində güclü zəlzələ oldu 15:30 Aİ-dən Rusiyaya bu sanksiyaları tətbiq etdi 15:23 Narişkindən Ermənistana xəbərdarlıq: Qərbə arxalanmaq ölkədə problemlər yarada bilər 15:11 Azərbaycanlı futbolçu Kipr klubuna keçdi 15:05 Tramp doğum günündə tribunada yatdı - VİDEO 15:01 Lukaşenko və Putin yaxın vaxtlarda görüşəcək 14:50 Kobaxidze İran-ABŞ razılaşmasına reaksiya verdi 14:44 Putin "Allahın Evi"ni vurdu - Qarşı tərəfdən cavab gecikmədi... 14:11 Baş nazir Əli Əsədov Ümummilli lideri ziyarət etdi 13:47 "Odlar Yurdu" Honq Konqu fəth etməyə gedir! 13:37 Ərdoğan Azərbaycanı təbrik etdi 13:27 Tokiodan İranla bağlı qəfil həmlə: Bağlı qapılar arxasında nələr baş verir? 13:19 Tehran hərəkətə keçdi: Əraqçidən Ankara, Bağdad və Qahirəyə təcili zəng! 13:04 Məşhur futbolçu Fransa Prezidenti olacaq? 12:54 Sabah hava necə olacaq? - AÇIQLANDI 12:39 Təlim uçuşu faciə ilə bitdi: təyyarə yerə çırpıldı - İki pilot həlak oldu - VİDEO 12:32 Ərdoğandan İran-ABŞ razılaşmasına reaksiya 12:08 Azərbaycan XİN: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmaya reaksiya verdi 12:10 Bu yollar təmir edilir - SİYAHI 11:40 Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək 11:33 Netanyahudan xəbərdarlıq: "Livandakı əməliyyatlar davam edəcək" 11:29 Geyci Topuriyanı məğlub etdi - VİDEO 11:20 "Sədərək"də qorxulu anlar: Partlayış baş verdi - VİDEO 10:47 Külək əsir, yağış yağır - FAKTİKİ HAVA 10:40 Bütün Xəbərlər