Ramin Məmmədov "Cümə" və Əskipara kənd məscidlərini ziyarət etdi

Ramin Məmmədov "Cümə" və Əskipara kənd məscidlərini ziyarət etdi
15.10.2025 10:56

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Tərtər şəhəri "Cümə" və Tərtər rayonu Əskipara kənd məscidlərini ziyarət edib.

TodayPress TV xəbər verir ki, Dövlət Komitəsinin sədri məscidlərdə fəaliyyət göstərən din xadimləri ilə görüşdə Azərbaycan cəmiyyətində milli həmrəyliyin, dini dözümlülüyün və mənəvi dəyərlərin qorunmasına xüsusi önəm verildiyi qeyd olunub.

Prezident İlham Əliyevin müəyyən etdiyi dövlət siyasətinə uyğun olaraq dini icmalara diqqət və qayğı ilə yanaşıldığı, dini etiqad azadlığının təmin olunması üçün ardıcıl tədbirlər görüldüyü vurğulanıb.

R.Məmmədov bildirib ki, din insanları sülhə, həmrəyliyə və qarşılıqlı hörmətə çağıran mənəvi dəyərlər sisteminin tərkib hissəsidir:

"Lakin bəzi dairələr dinin cəmiyyət üzərindəki təsir gücündən sui-istifadə edərək onu qarşıdurma və parçalanma alətinə çevirməyə cəhd göstərirlər. Bu səbəbdən də dini maarifləndirmənin gücləndirilməsi, sağlam dini düşüncənin formalaşdırılması müasir dövrdə xüsusilə önəm kəsb edir".

Dini Komitənin sədri vurğulayıb ki, dövlət tərəfindən həyata keçirilən tədbirlər dinlərarası harmoniyanın qorunmasına, cəmiyyətin təhlükəsizliyinin təmin olunmasına yönəlib.

Onun sözlərinə görə, tolerantlığın, dinlərarası dialoqun daha da möhkəmləndirilməsində, zərərli meyillərin qarşısının alınmasında din xadimlərinin fəallıq nümayiş etdirməsi mühüm əhəmiyyət kəsb edir.

Din xadimlərinin cəmiyyətdəki nüfuzunun artırılmasının, peşəkar inkişafının əhəmiyyətinə toxunan R.Məmmədov, eyni zamanda, qarşıda duran müasir çağırışları nəzərə çatdırıb.

TodayPress TV

FOTOLAR

Ramin Məmmədov "Cümə" və Əskipara kənd məscidlərini ziyarət etdi — 1
Ramin Məmmədov "Cümə" və Əskipara kənd məscidlərini ziyarət etdi — 2
Ramin Məmmədov "Cümə" və Əskipara kənd məscidlərini ziyarət etdi — 3
Ramin Məmmədov "Cümə" və Əskipara kənd məscidlərini ziyarət etdi — 4
Ramin Məmmədov "Cümə" və Əskipara kənd məscidlərini ziyarət etdi — 5
Ramin Məmmədov "Cümə" və Əskipara kənd məscidlərini ziyarət etdi — 6
Ramin Məmmədov "Cümə" və Əskipara kənd məscidlərini ziyarət etdi — 7
XƏBƏR LENTİ
01 AVQUST 2026
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 Bütün Xəbərlər