QHT nümayəndələri üçün Qarabağ Peşə Hazırlığı Mərkəzinə infotur təşkil edildi

QHT nümayəndələri üçün Qarabağ Peşə Hazırlığı Mərkəzinə infotur təşkil edildi
18.12.2025 12:52

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi QHT nümayəndələri, o cümlədən Nazirlik yanında İctimai şuranın üzvləri üçün Bərdə şəhərindəki Qarabağ Peşə Hazırlığı Mərkəzinə infotur təşkil edib.

TodayPress TV xəbər verir ki, 2023-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə açılışı olan Qarabağ Peşə Hazırlığı Mərkəzində 7 emalatxana, 8 sinif və instruksiya otağı, Peşəyönümü və Karyera Planlaması Mərkəzi, eləcə də inzibati və texniki otaqlar fəaliyyət göstərir.

Müasir texniki avadanlıqlarla təchiz olunan müəssisədə 48 peşə istiqaməti üzrə tədrisin təşkili üçün imkanlar yaradılıb. 

Mərkəzdə yaradılmış şəraitlə tanış olan infotur iştirakçılarına burada peşə hazırlığı proqramlarının təşkili, tədris prosesi barədə ətraflı məlumat verilib. 

Qeyd olunub ki, Qarabağ Peşə Hazırlığı Mərkəzində ötən dövrdə 1400-ə yaxın şəxs, o cümlədən işğaldan azad olunmuş ərazilərin sakinləri olan 500 nəfərdən çox şəxs müxtəlif peşələr üzrə peşə hazırlığı kurslarına cəlb olunub. Təlim proqramları hazırlanarkən xüsusilə işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən və fəaliyyətə başlayacaq işəgötürənlərin tələbləri, eləcə də regionun əmək bazarının prioritetləri nəzərə alınır. 

Tədris prosesi müvafiq meyarlar əsasında seçilmiş, peşəkar və təcrübəli mütəxəssislər tərəfindən həyata keçirilir.

İnfotur çərçivəsində iştirakçıların sualları cavablandırılıb, Mərkəzin fəaliyyəti ilə bağlı fikir və təkliflər dinlənib. 

Qeyd olunub ki, belə tədbirlərin keçirilməsi peşə hazırlığı sahəsində şəffaflığın artırılmasına, ictimai nəzarətin gücləndirilməsinə və görülən işlərin geniş ictimaiyyətə çatdırılmasına xidmət edir.

TodayPress TV

FOTOLAR

QHT nümayəndələri üçün Qarabağ Peşə Hazırlığı Mərkəzinə infotur təşkil edildi — 1
QHT nümayəndələri üçün Qarabağ Peşə Hazırlığı Mərkəzinə infotur təşkil edildi — 2
QHT nümayəndələri üçün Qarabağ Peşə Hazırlığı Mərkəzinə infotur təşkil edildi — 3
QHT nümayəndələri üçün Qarabağ Peşə Hazırlığı Mərkəzinə infotur təşkil edildi — 4
QHT nümayəndələri üçün Qarabağ Peşə Hazırlığı Mərkəzinə infotur təşkil edildi — 5
XƏBƏR LENTİ
01 AVQUST 2026
Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 Bütün Xəbərlər