Qəbələdə prokurorluq əməkdaşları üçün yeni xidməti mənzillər istifadəyə verildi

Qəbələdə prokurorluq əməkdaşları üçün yeni xidməti mənzillər istifadəyə verildi
08.08.2025 17:04

Avqustun 8-də Baş prokuror Kamran Əliyev Qəbələdə prokurorluq işçiləri üçün inşa edilmiş yeni xidməti mənzillərin təhvil verilməsi mərasimində iştirak edib.

TodayPress TV xəbər verir ki, Qəbələ rayon prokurorluğunun əməkdaşlarının sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə tikilmiş mənzillər bütün zəruri şərait və avadanlıqlarla təchiz olunmaqla tam yaşayış üçün hazır vəziyyətə gətirilib.

Tədbirdə çıxış edən Baş prokuror vurğulayıb ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən islahatlar çərçivəsində prokurorluq orqanlarında da yenilənmə və inkişaf prosesi davam etdirilir. Bu islahatlar təkcə hüquqi institutların təkmilləşdirilməsini deyil, eyni zamanda əməkdaşların peşə hazırlığının artırılması, onların fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi, iş şəraitinin müasirləşdirilməsi və sosial rifahının yaxşılaşdırılmasını da əhatə edir.

Baş prokuror qeyd edib ki, xidməti mənzillərlə təminat, əməkdaşların maddi rifah səviyyəsinin artırılması və digər sosial dəstək mexanizmləri dövlətin hüquq-mühafizə orqanlarına, o cümlədən prokurorluq sisteminə göstərdiyi yüksək diqqət və qayğının bariz nümunəsidir. 

Daha sonra Baş prokuror yeni mənzillərə baxış keçirib, yaradılmış şəraitlə tanış olub.

FOTOLAR

Qəbələdə prokurorluq əməkdaşları üçün yeni xidməti mənzillər istifadəyə verildi — 1
Qəbələdə prokurorluq əməkdaşları üçün yeni xidməti mənzillər istifadəyə verildi — 2
XƏBƏR LENTİ
31 IYUL 2026
“Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Bütün Xəbərlər