Qazaxıstan namizədləri Ədliyyə Akademiyasında təcrübə keçdi

Qazaxıstan namizədləri Ədliyyə Akademiyasında təcrübə keçdi
15.12.2025 10:25

Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında Qazaxıstandan olan hakimliyə namizədlər üçün iki həftəlik təcrübə proqramı keçirilib.

Bu barədə TodayPress TV-yə Ədliyə Nazirliyindəın məlumat verilib.

Bildirilib ki, 1-12 dekabr tarixlərini əhatə edən təcrübə proqramı Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası ilə Qazaxıstan Respublikası Ali Məhkəmə Şurası yanında Ədalət Akademiyası arasında imzalanmış Əməkdaşlıq memorandumuna əsasən təşkil olunub və 60 akademik saatlıq təlimi əhatə edib.

Məhkəmə-Hüquq Şurasının da dəstəyi ilə təşkil olunan proqram çərçivəsində Qazaxıstandan olan 30 hakimliyə namizəd Azərbaycan məhkəmə sisteminin fəaliyyəti, məhkəmə icraatının təşkili, hüquqi tədqiqat metodları, mediasiya, hakimlərin peşə hazırlığı və rəqəmsal ədliyyə sahəsində müasir yanaşmalarla tanış olub.

Mühazirələr Ali Məhkəmənin, Bakı və Sumqayıt apellyasiya məhkəmələrinin hakimləri, tanınmış hüquqşünaslar və mütəxəssislər tərəfindən təqdim edilib.

Təlimlə yanaşı, iştirakçılar Ədliyyə Nazirliyinin Probasiya xidmətində, Məhkəmə Ekspertizası Mərkəzində, Bakı istintaq təcridxanasında, eləcə də 7 saylı Bakı “ASAN xidmət” mərkəzində, Konstitusiya Məhkəməsində, Ali Məhkəmədə, Bakı Apellyasiya Məhkəməsində, Sumqayıt Məhkəmə Kompleksində və Yasamal rayon məhkəməsində həmin qurumların fəaliyyətləri ilə yaxından tanış olublar.

Təcrübə proqramının sonunda iştirakçılara sertifikatlar təqdim edilib.

Təcrübə proqramı Azərbaycan və Qazaxıstan arasında dostluq münasibətlərinin və peşəkar əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət etməklə yanaşı, iki ölkənin məhkəmə-hüquq orqanları arasında bilik və təcrübə mübadiləsini dərinləşdirir, gələcək hüquqşünasların peşəkar inkişafına töhfə verir və ədliyyə sahəsində qarşılıqlı əməkdaşlığın davamlı şəkildə genişlənməsinə zəmin yaradır.

Son illərdə bir sıra ölkələrin məhkəmə və hüquq orqanlarının mütəxəssis hazırlanması məqsədilə Ədliyyə Akademiyasına müraciət etməsi Akademiyanın bu sahədə formalaşdırdığı yüksək institusional potensialı təsdiqləyir. Ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları, hüquqşünasların peşəkarlığının artırılması və ixtisaslı kadr hazırlanması istiqamətində görülmüş ardıcıl tədbirlər xarici dövlətlərin Azərbaycan təcrübəsinə artan marağını daha da gücləndirib.

TodayPress TV

XƏBƏR LENTİ
16 AVQUST 2026
Cəlilabad sakinlərinin DİQQƏTİNƏ! Sabah saat 10:00-dan… 15:37 Husilərə qarşı böyük hücum başladı: 24 saata 181 əməliyyat 15:28 Goranboyda yük maşını qəza törətdi: Yola 1 tona yaxın yanacaq töküldü 15:10 KTMT Ermənistanı sıxışdırır: “Qərar verin!” 14:50 Gənc əsgərlər Vətənə sədaqət andı içdi - VİDEO 14:09 Sabah dənizə getmək istəyənlərin NƏZƏRİNƏ! 14:04 Azərbaycanın daha 2 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib 13:57 Stolustü tennisçilər Türkiyədən 4 medalla qayıdırlar 13:53 Müdafiə Nazirliyindən general-mayorun ölümü ilə bağlı BAŞSAĞLIĞI 13:41 Abdullah Zubir “Qarabağ”dan ayrıldı 13:23 Həftənin ilk günü hava necə olacaq? 13:10 Şimali Koreya əsgərləri Cənubi Koreyaya keçdi - ATƏŞ AÇILDI 12:52 Sərhəd Qoşunlarının keçmiş komandanı vəfat etdi 12:36 Bakıda daş karxanasında faciə: 65 yaşlı kişi həyatını itirdi 12:15 Türkiyədə təriqət lideri saxlanıldı 11:57 İsraildən “Hizbullah”a ağır zərbə: Yüksək rütbəli komandir öldürüldü 11:45 Körfəz ölkələri ABŞ-dən üz döndərir: Gizli müzakirələr gedir 11:20 Bir nəfər kanalda batdı - Fövqəladə Hallar hərəkətə keçdi 11:04 Dnepropetrovskda ağır gecə: 20-dən çox hücum edildi 10:38 Avqustun ortasında hava dəyişdi: Leysan, şimşək… 10:21 73 illik düşmənçilik bitir - “Düşmən qardaşlar” barışır 10:00 İranda bir gündə nələr baş verdi? - DETALLAR 09:33 “Ford”un ağaca çırpılması faciə ilə bitdi - Sürücü hadisə yerində öldü 09:18 Moskvanın ən böyük logistika anbarı yanır - TƏCİLİ - VİDEO 09:04 "Liverpul" "Barselona"nın ulduzunu istəyir! 01:39 Bütün Xəbərlər