"Qaz və işıq tarifləri azaldılmalıdır" – Millət vəkilindən TƏKLİF

"Qaz və işıq tarifləri azaldılmalıdır" – Millət vəkilindən TƏKLİF
04.06.2025 14:00

"Elektrik və qaz tariflərinin azaldılması çox aktual məsələdir. Xüsusən dağ kəndlərində yaşayan əhali qış aylarında daha çox qazdan istifadə etməyə məcbur qalır. Bu isə limitdən artıq sərf olunan qazın yüksək tariflə hesablanması nəticəsində onların maddi durumuna mənfi təsir göstərir".

Milli Məclisin deputatı Əli Məsimli bunu TodayPress TV-yə danışarkən bildirib.

Onun sözlərinə görə, əhali indiki qiymətlərlə qazın pulunu ödəyə bilmir. Nəticədə odun almağa məcbur olurlar:

"Amma odun da ucuz deyil. Buna görə də bəzi insanlar meyvə ağaclarını kəsib odun hazırlayır, bu isə həm ekoloji fəsadlara, həm də meşələrin məhv olmasına səbəb olur. Meşələrin qırılması seldüşmə hallarını artırır və bu da kənd təsərrüfatı və yaşayış məntəqələrinə ciddi ziyan vurur. Bu baxımdan unikal meşə sərvətlərimizi, nadir bitki aləmini qorumaq və artırmaq, eləcə də sel hadisələrinin qarşısını almaqdan ötrü digər vasitələrlə yanaşı, həm də kəndlərin qazlaşdırılması işini davam etdirmək lazımdır. Bununla yanaşı  qaz limiti məsələsinə yenidən baxıb, nəzərəçarpan güzəştlər tətbiq olunması çox vacibdir".

Deputat təklif edib ki, bu məsələnin iki mərhələdə həlli mümkün ola bilər. Birinci mərhələdə sərhəd və dağ kəndləri üçün qaz limitlərinə ciddi güzəştlər tətbiq olunmalı, ikinci mərhələdə isə ümumilikdə ölkə üzrə qaz və elektrik enerjisi üzrə limitlər ləğv edilməlidir.

Əli Məsimli vurğulayıb ki, Azərbaycan enerjidaşıyıcısı olan ölkə kimi bu cür sosial yönümlü addımları atmaq imkanına malikdir və bu qərarlar həm vətəndaş məmnunluğunu artırar, həm də Bakı şəhərinə olan miqrasiyanın qarşısını ala bilər.

Qeyd edək ki, deputat Zahid Oruc Milli Məclisin növbədənkənar sessiyasının keçirilən ilk iclasında Azərbaycanın bəzi kəndlərində elektrik və qaz tariflərinin üç dəfə azaldılmasını təklif edib. 

Bu məsələ bir sıra depuatlar tərəfindən müxtəlif variantlarda tez-tez qaldırılır.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
01 AVQUST 2026
Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Bütün Xəbərlər