Qastronomiyanın inkişaf perspektivləri mövzusunda təqdimat keçirildi

Qastronomiyanın inkişaf perspektivləri mövzusunda təqdimat keçirildi
30.05.2025 17:45

Mayın 30-da Dövlət Turizm Agentliyinin (DTA) təşkilatçılığı ilə Azərbaycan qastronomiyasının inkişaf perspektivləri mövzusunda media təqdimatı keçirilib.

Bu barədə TodayPress TV-yə Agentlikdən məlumat verilib.

Tədbirdə Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova son üç il ərzində görülən işlər barədə məlumat verib. Qeyd edib ki, indiyədək ölkənin milli mətbəx potensialının turizm potensialına çevrilməsi istiqamətində çoxşaxəli fəaliyyət icra edilib. Ötən dövr ərzində Azərbaycanı təmsil edən milli komanda yaradılıb və onun Dünya Kulinariya Olimpiadalarında iştirakı təmin olunub. Olimpiadalarda Azərbaycanı uğurla təmsil edən komanda gümüş və bürünc medallara layiq görülüb. Bununla bərabər, işğaldan azad olunmuş ərazilərdə, o cümlədən Şuşa şəhərində qastronomiya tədbirləri və dəyirmi masalar keçirilib. Azərbaycanın şərab turizminin inkişafı ilə bağlı keçirilən tədbirlər çərçivəsində isə regionlarda bir neçə dəfə üzüm və şərab festivalları təşkil olunub. 

DTA-nın sədr müavini A.Hüseynova qarşıdakı illərdə Azərbaycan qastronomiyasının daha da inkişafı üçün həyata keçiriləcək layihələrdən də danışıb. Bildirib ki, Azərbaycan qastronomiyasının qlobal miqyasda brendləşməsi, ölkəmizin regionun qastronomiya mərkəzinə çevrilməsi əsas hədəflərdən biridir. Bunun üçün ilk növbədə yerli səviyyədə keçirilən yarışların regional səviyyəyə qaldırılması və bu istiqamətdə beynəlxalq təşkilatlarla əməkdaşlıq nəzərdə tutulub. Həmçinin qastronomiya sahəsinin liderlərinin regionlara səfəri, beynəlxalq tədbirlərdə milli mətbəxin konseptual tanıtımı təşkil olunacaq. Qastronomiya üzrə beynəlxalq əmtəə nişanlı turizm məhsullarının yaradılması da diqqət mərkəzində saxlanılacaq. Bundan əlavə, işğaldan azad olunmuş ərazilərin qastronomiya potensialının araşdırılması və tanıtımı üçün sistemli tədbirlər təşkil olunacaq.

Sədr müavini söyləyib ki, milli mətbəx və qastronomiyanın Azərbaycan elmində mövqeyinin gücləndirilməsi məqsədilə Azərbaycan Milli Elmlər Akademiyası ilə birgə əməkdaşlıq bundan sonra da davam etdiriləcək. Millidadlar.az onlayn qastronomiya portalı çərçivəsində milli mətbəx və qastronomiyanın tarixi kökləri, həmçinin hekayələri ilə bağlı yeni konsepsiyanın hazırlanması istiqamətində addımlar atılacaq.

A.Hüseynova qeyd edib ki, Azərbaycanda qastronomiya ixtisasının bakalavr pilləsi olmadığı üçün növbəti illərdə bu istiqamətdə də müvafiq işlər görüləcək. Beləliklə, bu sahəyə maraq göstərən şəxslər beynəlxalq təcrübələrə və standartlara əsaslanaraq hazırlanmış proqram əsasında qastronomiya üzrə ali təhsilə yiyələnə biləcəklər. 

Tədbirdə DTA-da Qastroturizm bölümünün rəhbəri Səkinə Əsgərova təqdimatla çıxış edib. 

Tədbirin sonunda jurnalistlərin sualları cavablandırılıb.

FOTOLAR

Qastronomiyanın inkişaf perspektivləri mövzusunda təqdimat keçirildi — 1
Qastronomiyanın inkişaf perspektivləri mövzusunda təqdimat keçirildi — 2
Qastronomiyanın inkişaf perspektivləri mövzusunda təqdimat keçirildi — 3
Qastronomiyanın inkişaf perspektivləri mövzusunda təqdimat keçirildi — 4
Qastronomiyanın inkişaf perspektivləri mövzusunda təqdimat keçirildi — 5
Qastronomiyanın inkişaf perspektivləri mövzusunda təqdimat keçirildi — 6
XƏBƏR LENTİ
16 IYUN 2026
Moskva hədəfdə: Ukrayna dronları paytaxta hücum etdi - VİDEO 09:03 DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Bütün Xəbərlər