Qara Şəhərin Ağ Günləri... İnsan mərkəzli şəhərsalmanın yeni fəlsəfəsi

Qara Şəhərin Ağ Günləri... İnsan mərkəzli şəhərsalmanın yeni fəlsəfəsi
30.12.2025 17:08

Müasir şəhərsalmada inkişafın əsas göstəricisi hündür binaların sayı və ya cəlb olunan sərmayənin həcmi deyildir.Bunu Azərbaycan təcrübəsində  şəhərin insana nə dərəcədə yaşam imkanı, ədalətli, əlçatan və davamlı mühit yarada bilməsi ilə seçilən yeni irbanistik yanaşmalar sübut edir.  

Bakı Ağ Şəhər layihəsi Azərbaycanın son illərdə formalaşdırdığı insan mərkəzli inkişaf fəlsəfəsinin şəhər müstəvisində aydın ifadəsidir.

Bir vaxtlar “Qara Şəhər” kimi tanınan bu ərazi uzun illər yalnız sənaye və iqtisadi maraqlara tabe edilmişdi. İnsan amili, sosial həyat, ekoloji balans və şəhər yaddaşı kənarda qalmışdı.  

Ağ Şəhər  bu yanlış təcrübədən çıxarılan dərslər üzərində formalaşan yeni düşüncənin məhsuludur. 

Burada bərpa keçmişi silməyə yox, onu anlayaraq gələcəyi düzgün qurmaq anlamına tabe etdirilir.

Son illərdə Azərbaycanın şəhərsalma sahəsində keçdiyi yol göstərir ki, ölkə iki fərqli, lakin mahiyyət etibarilə oxşar çağırışla üz-üzə qalıb. Bunlardan biri müharibə nəticəsində məqsədli şəkildə dağıdılmış yaşayış məkanları, digəri isə vaxtilə yalnız iqtisadi səmərəliliyə fokuslanan, insanı nəzərə almayan  yanaşmaların yaratdığı boşluqlar. 

Hər iki halda reallıq insanın məkandan uzaqlaşması ilə nəticələnib.

Məhz bu nöqtədə Ağ Şəhər layihəsinin ideoloji əhəmiyyəti üzə çıxır. Burada şəhər artıq iqtisadi mexanizmlərə tabe etdirilmir, insan həyatının, sosial münasibətlərin və ictimai yaddaşın daşıyıcısı kimi planlaşdırılır.  İnklüzivlik, piyada yönümlü mühit, geniş ictimai məkanlar, yaşıllıq zolaqları və insan ölçüsünə uyğun memarlıq bu yanaşmanın əsas sütunlarını təşkil edir. Bu isə estetik seçimdən daha çox yeni şəhərsalma etikasını formalaşdırır.

Prezident İlham Əliyevin və ailə üzvlərinin Ağ Şəhərdə görülən işlərlə tanışlığı da məhz bu etikaya verilən siyasi üstünlüyün göstəricisidir. Bu diqqət bir daha onu təsdiqləyir ki, şəhərsalma dövlət üçün investisiya platforması olmaqdan daha çox cəmiyyətin gələcək həyat keyfiyyətini müəyyən edən strateji sahədir. 

Eyni yanaşma işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur ərazilərinin bərpasında da ardıcıl şəkildə tətbiq olunur.

Burada diqqətçəkən məqam məqsədlərin fərqli, prinsiplərin isə eyni olmasıdır. İstər Ağ Şəhərdə, istərsə də post-münaqişə ərazilərində şəhər və kəndlər qapalı, izolyasiya olunmuş məkanlar kimi deyil, açıq, əlaqəli, sosial və yaşam üçün bütün tələblərə cavab verən mühitlər kimi formalaşdırılır. 

Yaşıllıqlar bütün küçələr boyu hər iki səkidə istisnasız olaraq bütün binaların qarşısında deyil, parklarda və xüsusi seçilmiş ara məkanlarda əkilir.  Meydanlar, ictimai zonalar şəhərin “nəfəs nöqtələri” kimi düşünülür. Yaşayış imkanları isə dörd divarla deyil, həyatla ölçülür.

Gələn 2026 -cı  ilin “Şəhərsalma ili” elan edilməsinin də bu ardıcıl siyasətin məntiqi davamı olacağına ürəkdən inanıram.

Bu qərar göstərir ki, Azərbaycan şəhərsalmanı  uzunmüddətli və vahid standartlara əsaslanan dövlət siyasəti kimi qəbul edir.

Ağ Şəhərdə tətbiq olunan insan mərkəzli və inklüziv model Qarabağda bərpa edilən şəhərlərdə də eyni keyfiyyət meyarları ilə reallaşdırılır. Bu, ölkə miqyasında vahid urban dəyər sisteminin formalaşdığını göstərir.

Əslində, Qara Şəhərin Ağ Şəhərə çevrilməsi Azərbaycanın son dövr inkişaf fəlsəfəsinin simvoludur. Bu fəlsəfə nə dağıdıcılığı, nə də kor iqtisadi maraqları qəbul edir. Onun mərkəzində insan ləyaqəti, sosial balans və gələcək nəsillər üçün məsuliyyət dayanır.

Bu mənada Ağ Şəhər bu gün Bakının daxilində formalaşan bir gələcək modelidir. İnsanı mərkəzə almaqla, xaosu planla,  məsuliyyətlə və sağlam gələcək vizyonu ilə əvəz edən bir model.

Bahar Muradova

Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri

XƏBƏR LENTİ
16 IYUN 2026
İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 İrana pul verilməyib, İsrail Livanda qalacaq! - ABŞ rəsmisi AÇIQLADI 21:44 ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 Bütün Xəbərlər