“Qaçqınkom”da İctimai Şuranın növbəti iclası keçirildi

“Qaçqınkom”da İctimai Şuranın növbəti iclası keçirildi
17.12.2025 10:41

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın növbəti iclası keçirilib.

Bu barədə Dövlət Komitəsindən TodayPress TV-yə verilən xəbərə görə, iclasda Şuranın cari fəaliyyəti, görülmüş işlər və qarşıdakı dövr üçün prioritet məsələlər müzakirə olunub.

Qeyd edilib ki, İctimai Şura qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin operativ şəkildə dövlət qurumlarına çatdırılması və ictimai nəzarətin təmin olunması baxımından mühüm rol oynayır.

İctimai Şuranın sədri Anar Xəlilov çıxış edərək Şuranın fəaliyyət istiqamətləri, vətəndaşlardan daxil olan müraciətlərin təhlili və bu müraciətlər əsasında qaldırılan məsələlər barədə məlumat verib. O, xüsusilə sosial şəbəkələr üzərindən daxil olan müraciətlərin artdığını vurğulayaraq, bu müraciətlərin sistemli şəkildə araşdırılmasının və vətəndaşlarla əlaqələrin daha da gücləndirilməsinin vacibliyini qeyd edib.

Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov öz çıxışında Komitənin fəaliyyətində ictimai iştirakçılığın əhəmiyyətini vurğulayıb, İctimai Şura ilə əməkdaşlığın Komitə üçün önəmli olduğunu bildirib. O, Şura üzvlərinin təklif və tövsiyələrinin aidiyyəti struktur bölmələr tərəfindən nəzərdən keçirildiyini və bu əməkdaşlığın davam etdiriləcəyini diqqətə çatdırıb.

İclasda, həmçinin sosial şəbəkələrdən və digər kommunikasiya kanalları vasitəsilə daxil olan müraciətlərin operativ cavablandırılması, ictimaiyyətlə əlaqələrin gücləndirilməsi və şəffaflığın artırılması ilə bağlı fikir mübadiləsi aparılıb. İctimai Şura üzvləri bu istiqamətdə öz təklif və tövsiyələrini səsləndiriblər.

İclasın sonunda qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, ictimai nəzarətin gücləndirilməsi və qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə yönəlmiş fəaliyyətlərin daha da səmərəli qurulması ilə bağlı müvafiq qərarlar qəbul olunub.

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Bütün Xəbərlər