Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı test imtahanı keçirildi

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı test imtahanı keçirildi
10.10.2025 16:08

Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmaqla, dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla davam etdirilən dövlət gənclər siyasətinin tələblərinə və beynəlxalq standartlara uyğun olaraq, hazırlıq səviyyəsi və mənəvi keyfiyyətləri ilə seçilən gənclərin cəmiyyətdə layiqli yer tutması məqsədilə gənc hüquqşünasların tam aşkarlıq şəraitində, şəffaf və obyektiv prosedurlar əsasında prokurorluq orqanlarında qulluğa qəbulu üzrə görülən tədbirlər davam etdirilir.

TodayPress TV xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnamənin tələblərinə müvafiq olaraq Baş Prokurorluq tərəfindən elan edilmiş sayca 27-ci müsabiqənin Dövlət İmtahan Mərkəzi ilə birgə 10 oktyabr 2025-ci il tarixdə ilkin mərhələsi olan test imtahanı keçirilib.

İmtahan saat 10:00-dan başlayaraq 3 saat ərzində kompüterlər vasitəsilə elektron qaydada Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri Binəqədi rayonu S.S.Axundov küçəsi 50 ünvanında yerləşən Elektron imtahanlar korpusunda keçirilmiş və imtahanı qeyri-hökumət təşkilatlarının nümayəndələri müşahidə ediblər.

Müsabiqə ilə bağlı müraciəti qeydə alınmış 349 namizəddən 320 nəfəri imtahanda iştirak etmiş, onlardan 70 və daha artıq bal toplamış 174 namizəd müsabiqənin növbəti mərhələsi olan yazılı imtahanda iştirak etmək hüququ qazanıb.

Nəticələr Dövlət İmtahan Mərkəzinin (www.dim.gov.az) və Baş Prokurorluğun (www.genprosecutor.gov.az) rəsmi internet səhifələrində yerləşdirilib.

İmtahanda uğurlu nəticə əldə etmiş namizədlərin diqqətinə çatdırılır ki, yazılı imtahanın keçiriləcəyi yer və vaxt barədə Baş Prokurorluğun rəsmi internet səhifəsi və sosial şəbəkə hesabları vasitəsilə əlavə məlumat veriləcəkdir.

TodayPress TV

FOTOLAR

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı test imtahanı keçirildi — 1
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı test imtahanı keçirildi — 2
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı test imtahanı keçirildi — 3
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı test imtahanı keçirildi — 4
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı test imtahanı keçirildi — 5
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı test imtahanı keçirildi — 6
XƏBƏR LENTİ
01 AVQUST 2026
Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Bütün Xəbərlər