Polis Akademiyasının təşkilatçılığı ilə beynəlxalq konfrans keçirildi

Polis Akademiyasının təşkilatçılığı ilə beynəlxalq konfrans keçirildi
26.11.2025 16:34

Daxili İşlər Nazirliyinin Polis Akademiyasının təşkilatçılığı ilə “Cinayətkarlığa qarşı mübarizənin aktual problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.

Bu barədə DİN-in Mətbuat xidmətindən TodayPress TV-yə verilən xəbərə görə, tədbirdə Türkiyə, Macarıstan, Polşa, Moldova, Gürcüstan, Bolqarıstan, Serbiya, Özbəkistan, Tacikistan, Türkmənistan, Qazaxıstan və Qırğız Respublikalarının nümayəndələri iştirak ediblər. Bununla yanaşı, Milli Məclis və DİN-in müxtəlif qurumlarının məsul şəxsləri, həmçinin Bakı Dövlət Universiteti, Polis Akademiyası və Milli Aviasiya Akademiyasının əməkdaşları, magistr və doktorantları da tədbirə qatılıblar.

Konfransı giriş sözü ilə Azərbaycan Respublikasının daxili işlər nazirinin müavini, polis general-leytenantı İsmət Əliyev açıb. O, tədbir iştirakçılarını salamlayıb, konfransın işinə uğurlar arzulayıb və əsas məqsədin cinayətkarlığa qarşı mübarizədə innovativ yanaşmaların müzakirəsi, effektiv hüquqi mexanizmlərin təhlili və qlobal təcrübənin paylaşılması olduğunu vurğulayıb.

Tədbir panel çıxışlarla davam edib.

İştirakçıların təqdimatlarında cinayətkarlığa qarşı mübarizənin cinayət-hüquqi və kriminoloji aspektləri, müasir cinayət formaları və inkişaf tendensiyaları geniş şəkildə müzakirə olunub. Həmçinin cinayətlərin yeni növləri, onlara qarşı mübarizənin nəzəri və praktiki problemləri, hüquq-mühafizə orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi perspektivləri, istintaq və məhkəmə təcrübəsi barədə fikirlər səsləndirilib.

Konfrans çərçivəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsi, hüquq sisteminin müasir çağırışlara uyğunlaşdırılması, kibertəhlükəsizlik və rəqəmsal sübutlarla bağlı yeni normativ tənzimləmələrin hazırlanması prioritet istiqamətlər kimi önə çıxıb. Bundan başqa, hüquq-mühafizə orqanları arasında əməkdaşlığın gücləndirilməsi, operativ məlumat mübadiləsinin daha da sürətləndirilməsi, birgə təlim və hazırlıq proqramlarının təşkili, mərkəzləşdirilmiş məlumat bazalarının genişləndirilməsi və elmi-analitik fəaliyyətin gücləndirilməsi üzrə fikir mübadiləsi aparılıb. Cinayətkarlığın statistik və kriminoloji təhlilinə dair yeni elmi layihələrin hazırlanması da prioritet istiqamətlərdən biri kimi qeyd olunub.

Tədbirdə iştirak edən qonaqlar beynəlxalq konfransın təşkilini yüksək qiymətləndirib və əməkdaşlıqdan məmnunluqlarını ifadə ediblər.

Konfrans işgüzar və səmərəli mühitdə başa çatıb.

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
Zirzəmisində ölü döl tapılan “Vital Hospital”da yoxlama aparıldı 14:56 Putin niyə Paşinyanı baş nazir kimi təbrik etmir? 14:09 Səs-küylü transfer: Ter Ştegen “Ayaks” yolunda 14:50 Portuqaliya millisinin ulduzu Premyer Liqaya yollanır 14:47 Rusiyaya Ermənistandan gələn günün bəd xəbəri: dəmir yollarını... 14:04 Bakıda təkər tullantıları yanır - VİDEO 14:14 Nüvə başlığı daşıya bilən Rusiya raketi Polşa ərazisində partladı 14:12 Sabiq direktor məhkəmə qarşısında: 186 min manatlıq mənimsəmədə ittiham olunur 13:51 HƏMAS-dan mühüm açıqlama: Silahları təhvil verməyə hazırıq 13:47 “Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Bütün Xəbərlər