Paytaxtın Abad məhəllələrində Novruz şənlikləri keçirilir

Paytaxtın Abad məhəllələrində Novruz şənlikləri keçirilir
14.03.2026 09:19

Bakı şəhərində xalqımızın ən əziz və sevimli bayramı olan Novruz geniş və coşqu ilə qeyd edilir.

TodayPress TV xəbər verir ki, bu münasibətlə paytaxtın bütün rayonlarında bayram şənlikləri və konsert proqramları təşkil edilir.

Bu şənliklər öz kütləviliyi ilə seçilir. 

Novruz bayramı paytaxtın Nizami və Yasamal rayonlarında yerləşən, Heydər Əliyev Fondunun Vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Bizim həyət” layihəsi çərçivəsində yaradılan məhəllələrdə qeyd edilib. 

Məhəllə sakinləri, ağsaqqallar, şəhid ailələrinin üzvləri, qazılər   Novruz Bayraminı yüksək sevinc hissi ilə qeyd ediblər. Həyət boyunca xoncalarda novruz şirniyyatları, meyvələr düzülüb, xanımlar iştirakçıları milli yeməklərimiz olan plov və qutablara qonaq ediblər. Uşaq İnkişaf Mərkəzinin şagirdlərinin əl işlərindən ibarət sərgi təşkil edilib.

 Bayramda müğənnilər müxtəlif mahnılar səsləndirib, milli geyimli uşaqlar rəqs edib, idmançılar, kəndirbazlar və pəhləvanlar öz məharətlərini göstərib, alov-şou nümayiş etdirilib. Novruzun əsas personajları olan Kosa, Keçəl və Bahar qızı toplaşanları şənləndirib və Bayram tonqalının ətrafında sakinlərlə birgə rəqs ediblər. Uşaqlar və iştirakçılar yumurta döyüşdürüblər.

Qeyd edək ki, son illərdə paytaxtda 400-ə yaxın abadlaşdırılmış həyətlər yaradılaraq sakinlərin istifadəsinə verilib. Novruz ərəfəsində Abad məhəllələr bayramsayağı bəzədilib, səməni, Novruz şirniyyatları olan süfrələr açılıb, bayram abu-havası yaradılıb.

TodayPress TV

FOTOLAR

Paytaxtın Abad məhəllələrində Novruz şənlikləri keçirilir — 1
Paytaxtın Abad məhəllələrində Novruz şənlikləri keçirilir — 2
Paytaxtın Abad məhəllələrində Novruz şənlikləri keçirilir — 3
Paytaxtın Abad məhəllələrində Novruz şənlikləri keçirilir — 4
Paytaxtın Abad məhəllələrində Novruz şənlikləri keçirilir — 5
Paytaxtın Abad məhəllələrində Novruz şənlikləri keçirilir — 6
Paytaxtın Abad məhəllələrində Novruz şənlikləri keçirilir — 7
Paytaxtın Abad məhəllələrində Novruz şənlikləri keçirilir — 8
Paytaxtın Abad məhəllələrində Novruz şənlikləri keçirilir — 9
XƏBƏR LENTİ
16 IYUN 2026
Kreml: Zelenski ciddi danışıqlara hazırdırsa, Moskvaya gələ bilər 13:44 Paşinyan Koçaryanı Bakıya təhvil verir? – İrəvanı qarışdıran GÖZLƏNİLMƏZ PLAN 13:36 Leyla Əliyeva UNFCCC-in icraçı katibi ilə görüşdü 13:30 Sabahın havası açıqlandı: 35 dərəcə isti... 13:12 "Şəfa" Elnur Cəfərovla müqavilə müddətini uzatdı 13:08 Ermənistanı işğalda saxlayan simvollar 13:01 Magistr olmaq istəyənlərin diqqətinə: Nəticələr açıqlandı 12:55 Paşinyan arvadını ABŞ-yə göndərir 12:49 Ermənistanda ara qarışdı - Paşinyan Rusiyanın ağır toplarının həbsinə başladı 12:45 Məktəblərdə müəllimlərə yeni forma məcburi olur - Bu geyimlərə QADAĞA qoyuldu 12:40 Ukrayna Rusiyanı yerə doldurur - 32 zavoddan 30-u darmadağın edildi 12:33 Niyə “Sədərək” hər yay yanır? - SƏBƏB 12:28 Məhkəmə Əli Kərimli barəsində qərar verdi 12:20 Belə axmaqlara görə günahsız insanlar ölür – 25 sutkalıq cəza verildi - VİDEO 12:15 Tramp və Zelenski G7 sammitinə gəldilər - VİDEO 12:10 Azərbaycan nefti kəskin ucuzlaşdı 12:04 ABŞ İranı əvvəl dağıtdı, indi 300 milyard dollara tikəcək... 11:53 Jurnalist vəsiqəsi ödənişsiz oldu 11:49 İran millisində azərbaycanlılar fırtına törədirlər 11:47 Ötən həftə bu ərazilər minalardan təmizləndi 11:45 Qarabağ Zəfərindən informasiya suverenliyinə: yeni media idarəetmə sistemi 11:28 Bakıda tavan uçdu, göydən başına adam düşdü - VİDEO 11:24 Makronun xanımı ilə Trampın qeyri-adi görüntüləri yayıldı - VİDEO 11:15 Xəzərdə insanları dibə çəkən “gizli əllər”in sirri açıldı – Ekspertdən həyəcan təbili 11:11 Avtoxuliqanlıq edən sürücü həbs edildi - VİDEO 11:10 Bütün Xəbərlər