Osman Gündüz bank kartlarından oğurluqla bağlı çağırış etdi: Adları açıqlayın, biz də bilək...

Osman Gündüz bank kartlarından oğurluqla bağlı çağırış etdi: Adları açıqlayın, biz də bilək...
22.05.2025 14:00

Naxçıvanda “Kiber suverenlik” mövzusunda keçirilən panel müzakirəsində Daxili İşlər Nazirliyinin İnformasiya və Kibertəhlükəsizlik şöbəsinin rəisi Hikmət Məmmədovun açıqlaması diqqət çəkib. Rəsminin sözlərinə görə, son 4 ayda vətəndaşların bank kartlarından ümumilikdə 6 milyon manat vəsait oğurlanıb.

TodayPress TV xəbər verir ki, mövzu ilə bağlı rəqəmsal texnologiyalar üzrə ekspert Osman Gündüz bildirib ki, bu rəqəm rəsmi statistikadır və əslində real itkilər daha yüksək ola bilər.

Çünki bir çox vətəndaş kartlarından oğurluq halları ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etmir. Mütəxəssis əlavə edib ki, bu statistika əsasında hər ay təxminən 2 milyon manat məbləğində vəsaitin bank kartlarından talandığını demək olar.

Ekspertə görə, bu cür açıqlamadan sonra ilk reaksiya Mərkəzi Bankdan gəlməli idi. Lakin qurum tərəfindən hələlik heç bir açıqlama verilməyib.

"Bu nə vaxta qədər belə davam edəcək? Mərkəzi Bank, banklar, hökumət və hüquq-mühafizə qurumları bu təhlükəyə qarşı konkret nəticə verəcək tədbirləri nə vaxt görəcək? Fikrimcə nə qədər faydalı və vacib olsa da, maariflənmə və rəqəmsal savadlılıqla bu problemi tez bir zamanda həll etmək çətin olacaq. Kütləvi talamalar tam adiləşib. Artıq hər gün gözləyirik ki, DİN rəsmisi kartlardan nə qədər pul oğurlandığını açıqlayacaq".

O, hökumət, Mərkəzi Bank və bank sektorunu konkret tədbirlər görməyə çağırıb:

“Ən çox oğurluq olan banklar haqqında məlumatlar şübhəsiz ki, Mərkəzi Bankda və DİN-dədir. Bu bankların adlarının açıqlanması, ictimai qınaq yaratmaqla bankların məsuliyyətini artıracaq. Lakin belə məlumatların ictimaiyyətə təqdim olunmamasında bankların mümkün itkiləri əsas səbəb kimi göstərilir. Mərkəzi Bank Qaydalarına əl gəzdirməlidir, identifikasiya işləri sərtləşdirilməlidir, banklar oğurlanmış vəsaitlərə görə məsuliyyət daşımalıdır. Mobil tətbiqlərin kodları audit olunmalıdır, əvvəllər problemi olan banklardan məlumat sızması araşdırılmalıdır. Bank və mobil operatorlarda çalışan şəxslərin fəaliyyətinə ciddi nəzarət olunmalı, xüsusilə xarici vətəndaşların bu sahədə işləməsi qanunla tənzimlənməlidir. Mobil tətbiqlərə “kreditə STOP” və oğurluq halları üçün “SOS” bildiriş funksiyası əlavə olunmalıdır. Fərdi məlumatların qorunması ilə bağlı qanunvericilik sərtləşdirilməli, kart oğurluğu ilə bağlı cinayət məsuliyyəti artırılmalı, həmçinin banklar və operatorlar üçün konkret hüquqi məsuliyyət müəyyənləşdirilməlidir". 

Türkan İsgəndərli

XƏBƏR LENTİ
30 IYUL 2026
Tarixi ideya: 1000 sponsorlu forma klubu ayaqda saxladı 10:41 “Mançester Siti”dən 100 milyonluq transfer planı 10:29 Əmtəə birjasında təbii qazın dəyəri artdı 10:20 Kürd mərkəzi üç siyasətçidən DTX-yə şikayət etdi 10:07 Rusiya raketləri Polşaya düşdü – qırıcılar havaya qaldırıldı - VİDEO 10:04 Avropada həlledici gün: “Zirə” qisas, “Neftçi” möcüzə axtarır! 10:02 Rusiya raketləri Polşa sərhədinə yaxınlaşdı - Lublində sirenlər səsləndi 09:51 “Yuventus” Kolo Muanini uzunmüddətli müqavilə ilə bağlamağa hazırlaşır 09:31 ABŞ-ın gecə hücumu: İranın bu şəhərləri vuruldu - VİDEO 09:29 Rodri transferində həlledici gün: “Real” milyonları gözə aldı 09:21 Braziliya millisinin uğursuzluğuna Ançelottidən izah 09:10 Coş Riçardson basketbolla vidalaşdı: “Hər şeyimi verdim” 09:06 Ukraynaya gecə hücumu: Kiyev, Lvov və Poltavada itkilər var - VİDEO 08:59 ABŞ SEPAH-ın hərbi obyektlərini vurdu - VİDEO 08:51 Rusiyada "Wildberries"in anbarı yenidən vuruldu - VİDEO 08:09 Rusiya ordusu Ukraynaya hava zərbələri endirib 08:02 “Qarabağ” üçün taleyüklü gecə: Hədəf növbəti mərhələdir! 08:42 Paytaxtın bəzi ərazilərində işıq kəsiləcək 07:58 Yaponiyada zəlzələ qurbanlarının sayı 28-ə çatıb 07:53 Evinizdə yanğına səbəb ola biləcək səhv: Bu cihazları uzadıcıya qoşmayın! 00:41 Alimlərdən maraqlı kəşf: Bu boya yolları istidən qoruyur 00:32 Saçınız tökülür, dəriniz quruyur? Səbəb istifadə etdiyiniz su ola bilər 00:27 Tesla sürmək doğrudan da sərfəlidirmi? Sahibi xərcləri açıqladı 22:46 Hansı aylarda doğulan insanlar daha müdrik hesab olunur? 21:45 Ərik haqqında çoxlarının bilmədikləri 21:34 Bütün Xəbərlər