Ölkənin yeganə radioloqu imiş - Qumbara ilə partladılan həkimdən xəbər

Ölkənin yeganə radioloqu imiş - Qumbara ilə partladılan həkimdən xəbər
01.05.2026 20:35

Hazırda ağır vəziyyətdə, süni tənəffüs aparatına qoşulan və reanimasiyada həyat mübarizəsi aparan həkim Asif Nəsirlinin ölkədə yeganə uşaq radioloqu olduğu üzə çıxıb.

TodayPress TV xəbər verir ki, bu barədə yazıçı Günel Natiq qeyd edib.

Uzun müddətdir onkoloji xəstəlikdən müalicə alan tanınmış yazıçı bildirib ki, bu, böyük boşluq yarada bilər:

“Asif Nəsirli yeganə uşaq radioloqu imiş. Bilirsiniz, o qatil nə qədər insana zərər verdi? Heç kim heç nədən sığortalanmayıb. Sabah kiminsə belə bir ehtiyacı yarananda və mütəxəssis tapılmayanda, yəqin ki, sakitcə indi olduğu kimi “Olur belə şeylər, haqq etmişik” deyəcək”.

Asif Nəsirlinin həyatı da hamar olmayıb. Mediada yayılan məlumata görə, o, bir neçə il əvvəl ağır əməliyyat keçirib, həyatla ölüm arasında qalıb.

Xatırladaq ki, Milli Onkologiya Mərkəzinin Şradiologiya şöbəsində partlayış ötən gün baş verib.

Belə ki, 1988-ci il təvəllüdlü xəstə Mübariz Sahib oğlu Əliyev üzərində gətirdiyi partlayıcı vasitəni Radiologiya şöbəsində partlatması nəticəsində həkim Asif Akif oğlu Nəsirov ağır yaralanıb.

M.Əliyev özü isə ölüb.

TodayPress TV

XƏBƏR LENTİ
02 AVQUST 2026
401-ci briqada cənubi Livandan çəkilir? - İsrail ordusu son nəticələri açıqladı 15:21 Xocavənddə mina partladı, əməkdaş yaralandı 15:16 Ermənistan Prezidenti Paşinyanı Baş nazir təyin etdi 14:24 "Qəbələ" Artur Mottanı heyətinə qatdı 14:57 Yeni Zelandiyada 5,6 bal gücündə zəlzələ baş verdi 14:17 Tehran Qətərin vasitəçilik iddialarını təkzib etdi: "Hörmüz boğazı açılmayacaq" 14:08 Afrikanın ən böyük nəqliyyat infrastrukturlarından birinə Trampın adı qoyuldu – Detallar 13:47 Avqustun 3-də hava necə olacaq? 12:54 Cənubi Koreyada tarixi anomal isti - Milli rekord yeniləndi 11:48 Tramp və Məhəmməd bin Salman Yaxın Şərqdəki vəziyyəti dəyərləndirdilər 12:25 Kartdan-karta köçürmələrə YENİ LİMİT - Bu tarixdən etibarən... 12:30 Azərbaycan istehsalı olan “Addım” filmi beynəlxalq festivala vəsiqə qazandı 12:09 İsrail Qəzzada HƏMAS-ın iki yüksəkvəzifəli üzvünü hədəf aldı 11:31 Macarıstan tarixdə İLK - Pakş AES fəaliyyətini dayandırır 09:48 İlham Əliyev və Mehriban Əliyeva Nəriman Həsənzadənin vida mərasiminə əklil göndərib 11:03 Ermənistan hökuməti istefa verdi 10:49 Rusiya və Ukrayna arasında danışıqlar bərpa olunur - Rubio elan etdi 09:33 Sloveniya dövlət başçısı yol qəzası keçirdi 09:52 DİM bu gün dövlət qulluğuna qəbul imtahanı keçirəcək 09:39 Əməkdar hüquqşünas vəfat etdi 09:27 ABŞ-də restorana silahlı HÜCUM: Ölən və yaralananlar var 09:13 Tramp hücumları DAYANDIRDI - Hörmüz açılır? 09:05 60 yaşdan sonra səhər yeməyində bunu yeyin: Əzələləri və sümükləri qoruyur 21:38 Pişiyiniz sizi neçə il xatırlayır? Alimlərdən təəccübləndirən cavab 21:52 KDR tarixinin ən ağır Ebola epidemiyası yaşanır 01:49 Bütün Xəbərlər