NFC marşrutlarda aktivləşdirildi: Hansı üstünlükləri olacaq?

NFC marşrutlarda aktivləşdirildi: Hansı üstünlükləri olacaq?
29.12.2025 16:42

"Azərbaycanda ictimai nəqliyyatda ödəniş imkanlarının genişləndirilməsi və müasir texnologiyaların tətbiqi vətəndaşlar üçün daha rahat və əlçatan mühit yaradır".

Bu fikirləri nəqliyyat eksperti Rauf Ağamirzəyev TodayPress TV-yə açıqlamasında bildirib.

Onun sözlərinə görə, istifadəçilər üçün seçim imkanlarının artması yalnız müsbət haldır və alqışlanmalıdır:


"Hər bir istifadəçi özünə hansı ödəniş üsulu daha rahatdırsa, ondan yararlanacaq. Seçimin çoxluğu həm rahatlığı artırır, həm də ödəniş imkanlarını genişləndirir. Bank kartları, NFC texnologiyası, mobil telefonlar və ağıllı saatlar vasitəsilə ödənişlərin tətbiqi ictimai nəqliyyatda ödəniş sisteminin inkişafında yeni mərhələnin başlanğıcıdır. Bu texnologiyalar vətəndaşlar üçün daha çevik və rahat ödəniş vasitəsinə çevrilir və ictimai nəqliyyatdan istifadəni xeyli asanlaşdırır".

Ekspert vurğulayıb ki, mövcud ödəniş vasitələri saxlanılmaqla yanaşı, sistem daha da zənginləşdirilir:


"BakıKart, QR bilet, fiziki bank kartı və ya NFC əsaslı ödənişlər paralel şəkildə mövcud olacaq. Heç bir əvvəlki ödəniş üsulu ləğv edilmir, əksinə, mövcud sistemlərə əlavə olaraq yeni imkanlar yaradılır".

Mütəxəssis bu yeniliyin ümumilikdə ölkədə ictimai nəqliyyatda ödəniş sisteminin modernləşdirilməsi baxımından mühüm addım olduğunu bildirib.

"Tətbiq olunan sistemin inteqrasiya olunmuş formada işləməsi xüsusi əhəmiyyət daşıyır. Eyni ödəniş üsullarından metroda, avtobuslarda və əvvəlcədən mövcud olduğu kimi dəmir yolunda istifadə etmək mümkündür. Bütün ictimai nəqliyyat növlərində vahid və çevik ödəniş imkanlarının yaradılması rahatlıq və əlçatanlıq baxımından yalnız müsbət qiymətləndirilə bilər".

Rauf Ağamirzəyev hesab edir ki, bu cür texnoloji yeniliklər ictimai nəqliyyatın cəlbediciliyini artırmaqla yanaşı, xidmət keyfiyyətinin yüksəldilməsinə də töhfə verəcək.

Qeyd edək ki, artıq bütün marşrutlarda NFC ödənişləri aktivləşdirilib.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
09 AVQUST 2026
Anomal istilər hərbi ərazidə YANĞINA səbəb oldu 01:44 Britaniyada beşinci İSTİ DALĞASI: 30 illik rekord yenilənə bilər.. 01:40 Ukrayna "Patriot" istehsalına başlayır: Zelenski vaxtı elan etdi 01:36 Kiyev metrolarında çadırlar quruldu - VİDEO 01:13 Beyləqanda kanalda batan 21 yaşlı gəncin meyiti TAPILDI 00:47 İraqda qonşu ölkəyə PUA hücumu hazırlayan qrup SAXLANILDI 00:35 İrana qarşı müharibə Pentaqonu çarəsiz qoydu! - "Patriot" arsenalı TÜKƏNİR 23:54 Rusiya dronları mülki əhalini hədəf aldı, ölənlər var 23:46 Zelenski Rusiyaya 50 min Şimali Koreya hərbçisi göndərir 23:29 Onlarla humanitar yardım gəmisinin Hörmüzdən keçməsinə icazə verildi 23:18 ABŞ İrandan öhdəlik tələb edir: "Kommersiya gəmilərinə atəş açılmamalıdır" 23:05 Reyn, Dunay, indi də Luara... - Avropanın su ehtiyatları TÜKƏNİR? 22:48 Azərbaycan cüdoçusu Skopyedə fəxri kürsüyə qalxdı! 22:33 İran Məkkə sazişini HƏDƏF ALDI: "Doğru yolu tapa bilməyiblər" 22:14 "Məkkə sazişinə qoşulmaq istəyən dövlətlər var!" - Hakan Fidan 22:06 Ağdam və Qırmızı Bazarda əyləncəli proqramlar təşkil edildi 21:52 Kreml “qorxuya düşdü?” Moskvanın ətrafı üçqat hava müdafiəsinə büründü 21:35 18 yaşlı qız evində ölü tapıldı - Araşdırma başladı 21:19 İran ABŞ-nin qarşısına başqa seçim qoymur: Yeni QAYDALAR 21:05 TƏCİLİ: Xocavənddə mina partladı 20:48 İlham Əliyevdən Donald Trampa MƏKTUB 20:39 Uitkoff Azərbaycan və Ermənistan üçün nə dedi? 20:20 ABŞ bir tərəfdən İranla danışıqlar aparır, bir tərəfdən də… - Vens hər şeyi AÇIQLADI 20:01 İran Xəzərə “əlini uzadanlara” xəbərdarlıq etdi: “İcazə verməyəcəyik!” 19:19 Tramp Əliyevin rolunu yüksək qiymətləndirdi: “Bir il ərzində bölgədə insident olmadı” 19:32 Bütün Xəbərlər