Meşə fondunda tikinti işlərinin aparılması qaydaları dəyişdirildi

Meşə fondunda tikinti işlərinin aparılması qaydaları dəyişdirildi
03.06.2025 13:26

Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən ilk iclasında Azərbaycanın meşə fondunda tikinti işlərinin aparılması qaydaları dəyişdirilməsi ilə bağlı qanun layihəsi qəbul olunub.

TodayPress TV xəbər verir ki, sənədə əsasən, Meşə Məcəlləsində, Mülki Məcəllədə, Vergi Məcəlləsində, Şəhərsalma və Tikinti Məcəlləsində, “İcra haqqında” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunlarda dəyişiklik edilib.

Qanun layihəsi “Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında” 30 may 2023-cü il tarixli qanunun icrası və qanunvericilikdə olan normalar arasında uyğunluğun təmin edilməsi məqsədilə hazırlanıb. Bu qanunla şəhərsalma və tikinti fəaliyyəti sahəsində müvafiq qərarların qəbul edilməsini təmin etmək məqsədi ilə Şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminin (Sistem) elektron formada təşkil olunması və bu sahədə icraatın (tikintiyə icazə, tikintinin istismarına icazə, texniki şərtlərin verilməsi, məlumatlandırma icraatı çərçivəsində tikilmiş tikinti obyektləri barədə məlumatın təqdim edilməsi və sair) 2024-cü il yanvarın 1-dən həmin Sistem üzərindən elektron qaydada həyata keçirilməsi təsbit və təmin edilib.

Həmçinin Sistemin formalaşdırılmasının, aparılmasının və digər dövlət orqanlarının (qurumlarının) informasiya ehtiyatları və sistemləri ilə inteqrasiyasının, Sistem vasitəsilə müraciətlərin qəbulunun, emalının və cavablandırılmasının hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən etmək məqsədilə ölkə Prezidentinin 2023-cü il 27 dekabr tarixli fərmanı ilə “Şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminin Əsasnaməsi” təsdiq edilib və müvafiq olaraq 2024-cü il yanvarın 1-dən (“Şəhərsalma Nəzarəti” altsistemi vasitəsilə yerinə yetiriləcək hərəkətlərlə bağlı müddəaları isə 2026-cı il yanvarın 1-dən) qüvvəyə minib. Elektron sistem rəqəmsal texnologiyalardan istifadə yolu ilə şəhərsalma və tikinti fəaliyyəti sahəsində xidmətlər göstərilməsində əlçatanlığın, şəffaflığın və operativliyin təmin edilməsinə, habelə bu sahədə nəzarətin effektivliyinin artırılmasına xidmət edir.

Beləliklə, qeyd olunan normativ hüquqi sənədlərin qüvvəyə minməsi ilə əlaqədar tikinti sahəsində icraatlar yalnız Sistemdə həyata keçirilir və bütün qərarlar, məlumatlar Sistemdə formalaşır və zəruri məlumatların poçtla göndərilməsinə ehtiyac olmadan şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemi vasitəsilə elektron qaydada verilməsi təmin edilir. Sistem Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiya etdiyindən bütün tikinti obyektləri barədə məlumatların heç bir vaxt tələb edilmədən dərhal Sistemin strukturuna daxil olan Tikintilərin Dövlət Reyestrinə ötürülməsi təmin edilir. Eyni zamanda tikintiyə icazə Sistemdə formalaşdığından onların “surəti”nin təqdim edilməsi tələbi də ləğv edilib.

Qeyd olunanlar nəzərə alınmaqla, qanun layihəsində göstərilən qanunlarda dəqiqləşdirmə və uyğunlaşdırma xarakterli düzəlişlər edilir. Buraya məlumatların “sifarişli poçtla göndərilməsi”nə, “sənədlərin surəti”nə dair müddəaların müvafiq qanunlardan çıxarılması, məlumatların Tikintilərin Dövlət Reyestrinə ötürülməsi qaydasını müəyyən edən normalarda texniki xarakterli dəyişikliklərin edilməsi və sair aiddir.

Eyni zamanda meşə fondunda tikinti işlərinin aparılmasının tikinti sahəsində formalaşmış qanunvericiliklə uzalaşdırılması məqsədilə bu sahədə tikinti işlərinin Şəhərsalma və Tikinti Məcəlləsinə, “Ətraf mühitin mühafizəsi haqqında” qanuna, dağ-mədən işlərinin aparılmasının isə “Yerin təki haqqında” qanuna uyğun həyata keçirilməsinə dair müddəa əlavə edilib.

XƏBƏR LENTİ
16 IYUN 2026
Kreml: Zelenski ciddi danışıqlara hazırdırsa, Moskvaya gələ bilər 13:44 Paşinyan Koçaryanı Bakıya təhvil verir? – İrəvanı qarışdıran GÖZLƏNİLMƏZ PLAN 13:36 Leyla Əliyeva UNFCCC-in icraçı katibi ilə görüşdü 13:30 Sabahın havası açıqlandı: 35 dərəcə isti... 13:12 "Şəfa" Elnur Cəfərovla müqavilə müddətini uzatdı 13:08 Ermənistanı işğalda saxlayan simvollar 13:01 Magistr olmaq istəyənlərin diqqətinə: Nəticələr açıqlandı 12:55 Paşinyan arvadını ABŞ-yə göndərir 12:49 Ermənistanda ara qarışdı - Paşinyan Rusiyanın ağır toplarının həbsinə başladı 12:45 Məktəblərdə müəllimlərə yeni forma məcburi olur - Bu geyimlərə QADAĞA qoyuldu 12:40 Ukrayna Rusiyanı yerə doldurur - 32 zavoddan 30-u darmadağın edildi 12:33 Niyə “Sədərək” hər yay yanır? - SƏBƏB 12:28 Məhkəmə Əli Kərimli barəsində qərar verdi 12:20 Belə axmaqlara görə günahsız insanlar ölür – 25 sutkalıq cəza verildi - VİDEO 12:15 Tramp və Zelenski G7 sammitinə gəldilər - VİDEO 12:10 Azərbaycan nefti kəskin ucuzlaşdı 12:04 ABŞ İranı əvvəl dağıtdı, indi 300 milyard dollara tikəcək... 11:53 Jurnalist vəsiqəsi ödənişsiz oldu 11:49 İran millisində azərbaycanlılar fırtına törədirlər 11:47 Ötən həftə bu ərazilər minalardan təmizləndi 11:45 Qarabağ Zəfərindən informasiya suverenliyinə: yeni media idarəetmə sistemi 11:28 Bakıda tavan uçdu, göydən başına adam düşdü - VİDEO 11:24 Makronun xanımı ilə Trampın qeyri-adi görüntüləri yayıldı - VİDEO 11:15 Xəzərdə insanları dibə çəkən “gizli əllər”in sirri açıldı – Ekspertdən həyəcan təbili 11:11 Avtoxuliqanlıq edən sürücü həbs edildi - VİDEO 11:10 Bütün Xəbərlər