MDB İştirakçı Dövlətlərinin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 35-ci yubiley iclası keçirildi

MDB İştirakçı Dövlətlərinin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 35-ci yubiley iclası keçirildi
22.10.2025 16:24

Oktyabrın 21-də  Düşənbə şəhərində Müstəqil Dövlətlər Birliyi (MDB) İştirakçı Dövlətlərinin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının (BPƏŞ) 35-ci yubiley iclası keçirilib.

TodayPress TV xəbər verir ki, MDB prokurorluq orqanlarının rəhbər şəxsərinin iştirak etdiyi iclasda ölkəmizi Azərbaycan Respublikasının Baş prokurorun birinci müavini Elçin Məmmədovun rəhbərlik etdiyi, Naxçıvan Muxtar Respublikasının prokuroru Sənan Paşayev, Azərbaycan Respublikası Baş prokurorunun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi Teymur Qarayev, Kriminalistika və İnformasiya texnologiyaları idarəsinin rəisi Talıb Cəfərov və Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəis müavini Babək Zakirzadədən ibarət nümayəndə heyəti təmsil edib.

Baş prokurorunun birinci müavini tədbirdə “Azərbaycan Respublikasında ekoloji təhlükəsizliyin təmin olunmasında prokurroluğun rolu: təcrübə və prioritetlər” mövzusunda çıxış edib. 

Vurğulanıb ki, Prezident İlham Əliyev tərəfindən ümummilli lider Heydər Əliyevin bütün sahələrdə olduğu kimi ekoloji təhlükəsizliyin qorunması və möhkəmləndirilməsinə dair siyasəti də uğurla davam etdirirlərək bu sahə beynəlxalq səviyyəyə qaldırılıb. COP29-un Bakıda keçirilməsinin Azərbaycanın qlobal ekoloji proseslərdə fəal rolunu nümayiş etdirməsi də çıxışda qeyd olunub. 

Həmçinin, çıxış zamanı Baş Prokurorluq tərəfindən yaradılmış ECOLEAD platformasının ekoloji cinayətlərlə mübarizə və təbiətə vurulan ziyanın bərpasındakı rolundan bəhs olunub.

Bundan başqa, tədbir çərçivəsində Müstəqil Dövlətlər Birliyi (MDB) İştirakçı Dövlətlərinin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının (BPƏŞ) 35-ci yubiley iclasında iştirak edən nümayəndə heyətlərinin rəhbərləri Tacikistan Respublikasının prezidenti Emomali Rahmon tərəfindən qəbul edilib.

Səfər zamanı Elçin Məmmədovla Tacikistanın Baş prokuroru Habibullo Vohidzoda ilə görüşüb. 

Görüşdə Azərbaycan və Tacikistan arasında dostluq və qarşılıqlı etimada əsaslanan münasibətlərin tarixi köklərə və ümumi dəyərlərə söykənməsi qeyd olunub.

Bundan əlavə, nümayəndə heyətinin üzvü Babək Zakirzadə səfər çərçivəsində Tacikistan Slavyan universitetinin Hüquq fakültəsinin tələbələrinə “ Azərbaycan Prokurorluğu: Konstitusion statusu və fəaliyyət istiqamətləri” mövzusunda mühazirə deyib. 

Mühazirədə tələbələrə Azərbaycan Prokurorluğunun tarixi, konstitusion statusu və müasir fəaliyyəti barədə məlumat verilib.

TodayPress TV

FOTOLAR

MDB İştirakçı Dövlətlərinin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 35-ci yubiley iclası keçirildi — 1
MDB İştirakçı Dövlətlərinin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 35-ci yubiley iclası keçirildi — 2
MDB İştirakçı Dövlətlərinin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 35-ci yubiley iclası keçirildi — 3
MDB İştirakçı Dövlətlərinin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 35-ci yubiley iclası keçirildi — 4
MDB İştirakçı Dövlətlərinin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 35-ci yubiley iclası keçirildi — 5
MDB İştirakçı Dövlətlərinin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 35-ci yubiley iclası keçirildi — 6
XƏBƏR LENTİ
01 AVQUST 2026
Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 Bütün Xəbərlər