Leyla Əliyeva və Alena Əliyeva Gəncədə STEAM mərkəzində və 37 nömrəli tam orta məktəbdə oldular

Leyla Əliyeva və Alena Əliyeva Gəncədə STEAM mərkəzində və 37 nömrəli tam orta məktəbdə oldular
08.02.2026 09:46

Leyla Əliyeva və Alena Əliyeva Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseydə fəaliyyət göstərən STEAM mərkəzində və Gəncə şəhər 37 nömrəli tam orta məktəbdə olublar.

TodayPress TV xəbər verir ki, mərkəzlə tanışlıq zamanı Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycan məktəblərində STEAM (Science, Technology, Engineering, Art, Mathematics) layihəsinin geniş icrasına başlanıldığı barədə məlumat verilib.

Bildirilib ki, STEAM mərkəzi liseyin tərkibində 2021-ci ildən etibarən fəaliyyət göstərir. Mərkəz bütün yaş qruplarının istifadəsi üçün nəzərdə tutulub. Burada "Robotics", "Art", "Science", "STEAM Kids", CNC və 3D çap, mexatronika, dron istiqamətləri üzrə sahələr fəaliyyət göstərir.

Diqqətə çatdırılıb ki, Mərkəzdə yaradılmış imkanlardan sözügedən məktəblə yanaşı, regionun digər məktəblərinin şagird və müəllimləri də istifadə edir. Hər tədris ili 1000-dən çox şagird Mərkəzdə müxtəlif modullar üzrə təlimlərdə iştirak edir.

Qeyd edək ki, 2019-cu ildən tətbiqinə başlanılan STEAM layihəsinin əsas məqsədi təhsilalanlara tənqidi, yaradıcı düşünmə, əməkdaşlıq etmə və digər bacarıqları formalaşdırmaq, yaradıcı proses vasitəsilə öyrənmə imkanı yaratmaq, fənləri ayrılıqda öyrətmək deyil, onları real dünyadakı tətbiqlərə əsaslanan vahid öyrənmə modelində birləşdirməkdir.

Daha sonra Leyla Əliyeva və Alena Əliyeva Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir edilmiş Gəncə şəhər 37 nömrəli tam orta məktəbdə yaradılmış şəraitlə tanış olublar.

Bildirilib ki, 1969-cu ildə inşa olunmuş Gəncə şəhəri, Kəpəz rayonu 37 nömrəli orta məktəbin binası ötən müddət ərzində köhnəldiyindən istifadəyə yararsız vəziyyətə düşüb. 2024-cü ilin noyabrından Heydər Əliyev Fondu tərəfindən 724 şagirdlik məktəbin əsaslı təmir işlərinə başlanılıb.

Təhsil ocağı 3 mərtəbəli 1 korpusdan və 2 mərtəbəli 3 korpusdan ibarətdir. Məktəb zəruri mebel və avadanlıqlarla, fənn kabinetləri və laboratoriyalar əyani vəsaitlərlə tam təchiz edilib.

Məktəb binasında sinif otaqları, fizika, kimya, biologiya laboratoriyaları, informatika, hərbi təlim, tibb, musiqi otaqları, kitabxana, yeməkxana, akt və idman zalları, həmçinin açıq idman meydançası var.

Təhsil müəssisəsinin həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb, əraziyə asfalt örtüyü döşənib, dekorativ kol və ağaclar əkilib.

Ziyarət zamanı müxtəlif yaş qruplarına aid 50 uşağa velosiped, eləcə də təhlükəsizlik ləvazimatı hədiyyə edilib. Azərbaycan Velosiped İdmanı Federasiyasının dəstəyi ilə keçirilən sosial aksiyanın əsas məqsədi regionlarda yaşayan uşaqların asudə vaxtlarını daha səmərəli şəkildə keçirmələrinə şərait yaratmaq, onların idmana və sağlam həyat tərzinə marağını artırmaq, məktəbliləri fiziki fəallığa həvəsləndirmək, habelə ekoloji nəqliyyat vasitəsi kimi velosiped istifadəsini təşviq etməkdir.

TodayPress TV 

FOTOLAR

Leyla Əliyeva və Alena Əliyeva Gəncədə STEAM mərkəzində və 37 nömrəli tam orta məktəbdə oldular — 1
Leyla Əliyeva və Alena Əliyeva Gəncədə STEAM mərkəzində və 37 nömrəli tam orta məktəbdə oldular — 2
Leyla Əliyeva və Alena Əliyeva Gəncədə STEAM mərkəzində və 37 nömrəli tam orta məktəbdə oldular — 3
Leyla Əliyeva və Alena Əliyeva Gəncədə STEAM mərkəzində və 37 nömrəli tam orta məktəbdə oldular — 4
Leyla Əliyeva və Alena Əliyeva Gəncədə STEAM mərkəzində və 37 nömrəli tam orta məktəbdə oldular — 5
XƏBƏR LENTİ
01 AVQUST 2026
Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 Bütün Xəbərlər