Kommunal ödənişlər zamanı əlavə pul çıxılır? – RƏSMİ AÇIQLAMA

Kommunal ödənişlər zamanı əlavə pul çıxılır? – RƏSMİ AÇIQLAMA
11.03.2026 14:17

Son günlər vətəndaşlar sosial şəbəkələrdə kommunal ödənişlər zamanı yaşadıqları problemlərlə bağlı paylaşımlar edirlər. 

Problem nədir?  

Vətəndaşlar iddia edirlər ki, qaz və işıq kommunal ödənişləri zamanı onlardan əlavə pul çıxılır. 

İşığa 10 manat ödəniş edirlərsə, həmin ödənişin azı 3 manatı hesabdan silinir.

Qaz pulu ödənişlərində də problem yaşanır. Vətəndaşların iddialarına görə, onların istifadə etdiyi qazın miqdarı ilə onlara təqdim olunan çeklərdəki məbləğlər üst-üstə düşmür, çekdə daha yüksək məbləğ göstərilir.   

Məsələyə aydınlıq gətirmək üçün “Azərişıq” ASC və  “Azəriqaz” İstehsalat Birliyinə (İB) sorğu ünvanladıq.

Sorğumuza cavab olaraq, “Azərişıq” ASC-dən bildirildi ki, vətəndaşlar işıq kommunal ödənişlərində hər hansı problem yaşayarlarsa, abonent  kodu ilə çağrı mərkəzinə müraciət edə bilərlər. 

“Hər bir müraciət fərdi qaydada araşdırılır”.   

“Azəriqaz” İB-dən isə qeyd olundu ki:

“Sayğac kartına pul manatla vurulur, amma o pul hesaba kub şəkilində köçür. Həm də işıqda olduğu kimi qazda da sabit tarif var. Ayda ödənişdən bir manat tutulur. 

Yəni vətəndaş karta 20 manat vurur, sayğacında 180 neçə kub görsənir, deyir, karta 18 manat pul köçdü, tam köçmədi. Proses bu şəkildə baş verir”. 

Günəş Mərd

XƏBƏR LENTİ
01 AVQUST 2026
"Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi 13:10 Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Bütün Xəbərlər