KOBİA Zərdabda sahibkarların təkliflərini dinlədi

KOBİA Zərdabda sahibkarların təkliflərini dinlədi
12.01.2026 14:58

Zərdab rayonunda sahibkarlarla dövlət dəstəyi alətlərindən istifadə olunmaqla biznes potensialının reallaşdırılmasına dair müzakirələr aparılıb, onların təklifləri dinlənilib.

Bu barədə TodayPress TV-yə İqtisdadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) məlumat verilib.

Bildirilib ki, KOBİA-nın təşkilatçılığı və Zərdab Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonda fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib. Tədbirdə kənd təsərrüfatı, əkinçilik, heyvandarlıq, gülçülük, ictimai-iaşə və ticarət sektorunda fəaliyyət göstərən 130-dan çox sahibkar, eləcə də dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov rayonun iqtisadi potensialı, sahibkarlıq fəaliyyəti və əlverişli işgüzar mühit, həmçinin biznes üçün imkanlar və dövlət dəstəyi mexanizmləri barədə məlumat verib.

Qeyd olunub ki, Zərdab rayonunda kənd təsərrüfatı və heyvandarlıq aparıcı yer tutur. Əkinçilik, taxılçılıq, baramaçılıq, balıqçılıq rayonun ənənəvi fəaliyyət istiqamətlərindəndir. Rayonun relyefi, Kür çayı və onun üzərində formalaşmış suvarma sistemlərinin yaxınlığında yerləşməsi kənd təsərrüfatı üçün əlverişli coğrafi şərait yaradır, bu da onun iqtisadi potensialını gücləndirir. Bu imkanlardan istifadə etməklə Zərdabda biznes qurmaq və fəaliyyətini genişləndirmək istəyən sahibkarlar KOBİA-nın dəstək mexanizmlərindən faydalana bilərlər.

Görüşdə güzəştli kreditlərin verilməsi, soyuducu anbarların sayının artırılması, ictimai-iaşə obyektində uşaq əyləncə mərkəzinin tikintisi ilə bağlı sənədləşmə, qrant müsabiqələrində iştirak, məişət sertifikatının alınması, taxılçılıq sahəsi üçün süni suvarma sistemlərinin qurulması və s. məsələlər müzakirə edilib, sahibkarların ehtiyacları və təklifləri dinlənilib, sualları cavablandırılıb.

TodayPress TV

FOTOLAR

KOBİA Zərdabda sahibkarların təkliflərini dinlədi — 1
KOBİA Zərdabda sahibkarların təkliflərini dinlədi — 2
XƏBƏR LENTİ
16 IYUN 2026
Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 İrana pul verilməyib, İsrail Livanda qalacaq! - ABŞ rəsmisi AÇIQLADI 21:44 ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçildi 21:10 Tehran ABŞ ilə sazişə hazırlaşır: İmzadan sonra nə baş verəcək? 20:57 "Həm Putin, həm də Zelenski Ukraynada sülhə açıqdır" - Tramp 20:39 Vens anlaşma imzalandığını təsdiqlədi 20:22 ABŞ və İran anlaşma memorandumunu imzaladı? - Detallar açıqlanacaq.. 20:00 Bütün Xəbərlər