Kitabla əlaqəsi olmayanlar ön plandadır - Etibar Əliyev

Kitabla əlaqəsi olmayanlar ön plandadır - Etibar Əliyev
24.04.2026 17:11

Keçmiş deputat, fəlsəfə doktoru Etibar Əliyev ölkədə kitab mühiti ilə bağlı tənqidi fikirlər səsləndirib. 

TodayPress TV xəbər verir ki, o, Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə keçirilən tədbirlərin formal xarakter daşıdığını bildirib və bir sıra problemlərə diqqət çəkib.

Onun sözlərinə görə, tədbirlərdə kitabla birbaşa əlaqəsi olmayan şəxslərin iştirakı üstünlük təşkil edir, çıxışlar isə daha çox pafoslu və təbliğat xarakterlidir:

""Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü"nü təmtəraqla qeyd etdik. Yenə də kitabla heç bir əlaqəsi olmayan adamları tədbirlərə dəvət etdilər. Bəlağətli çıxışlar oldu, kitab "vəsf" olundu. Ölkədə yalnız detektiv janrda yazılmış kitablar təbliğ olunur. Elmi-populyar ədəbiyyatların təşviqi isə çox aşağı səviyyədədir. Kitab mağazalarında bu istiqamətdə yazılmış ədəbiyyatlara toxunan belə yoxdur".

Keçmiş deputat uzun illər ərzində kitab mühitini müşahidə etdiyini bildirərək, bu sahədə peşəkarların aktiv görünmədiyini vurğulayıb:

"30 ildən çoxdur ki, mütəmadi olaraq kitab mağazalarına və bukinistlərə baş çəkirəm. Heç kim inciməsin, bu müddət ərzində belə məkanlarda alim, yazıçı, şairlə rastlaşmamışam".

O, uşaq ədəbiyyatının vəziyyətini də tənqid edib:

"Uşaqlar üçün yazılan şeirlər, hekayələr onların təfəkkürünü zənginləşdirmir. Bu sahə faktiki olaraq inhisara alınıb. Kitab mağazalarının yerləri satılıb. Rayonlarda demək olar ki, kitab mağazaları qalmayıb. Paytaxtda isə cəmi bir neçə bukinist mağaza mövcuddur və onlar da zirzəmi şəraitində fəaliyyət göstərir. Mütaliə etməyən orta məktəb müəllimi şagirdlərdə tənqidi təfəkkür formalaşdıra bilməz. Mütaliəsiz alimlər auditoriyalarda illər əvvəl hazırladıqları konspektlərdən dərs keçirlər".

Fəlsəfə doktoru cəmiyyətdə kitaba münasibətin dəyişdiyini də vurğulayıb:

"Kiməsə kitab hədiyyə etmək istehza ilə qarşılanır. "Heç kim heç kimin kitabını oxumur" sindromu artıq gerçəkliyə çevrilib. Şəxsi kitabxanalar yoxa çıxmaqdadır və bu, artıq nə alimləri, nə yazıçıları, nə də incəsənət adamlarını narahat edir".

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 Bütün Xəbərlər