Kibertəhlükəsizlikdə idarəetmə mövzusunda müzakirələr keçirildi

Kibertəhlükəsizlikdə idarəetmə mövzusunda müzakirələr keçirildi
19.10.2025 01:03

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) təşkilatçılığı ilə "Kibertəhlükəsizlikdə İdarəetmə, Risk və Uyğunluq ("Governance, Risk and Compliance - GRC)" mövzusuna həsr edilən tədbir baş tutub.

TodayPress TV xəbər verir ki, tədbirdə dövlət və özəl qurumların məsul nümayəndələri və AKTA üzvü olan kibertəhlükəsizlik xidmət provayderləri iştirak edib. Tədbirin əsas məqsədi GRC sahəsində müasir yanaşmaların təqdim edilməsi və qarşılıqlı təcrübə mübadiləsi olub.

Tədbir çərçivəsində AKTA sədri Panah Musayev açılış nitqi ilə çıxış edib. Bildirib ki, GRC-nin əsas strateji rolu risk əsaslı düşüncə tərzinin formalaşdırılması və resursların intuitiv deyil, ölçülə bilən risk dəyərlərinə əsasən yönləndirilməsidir. Bu, artıq reaktiv deyil, proaktiv GRC modelinə keçidin göstəricisidir.

Tədbirdə çıxış edən Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin nümayəndəsi Elvin Balacanov kritik informasiya infrastrukturunun təhlükəsizliyinə dair müvafiq qanunvericiliklə müəyyən edilmiş tələblər arasında idarəetmə, risk və uyğunluqla bağlı təsbit olunmuş normalar və həmin normaların tətbiq olunmasının əhəmiyyəti barədə danışıb. Habelə kritik informasiya infrastrukturunda təhlükəsizlik risklərinin müntəzəm olaraq müəyyən edilməsi və qiymətləndirilməsi, eləcə də bu risklərin maliyyə yükünün hesablanaraq idarəetmədə nəzərə alınmasının ciddi aktuallıq kəsb etməsi vurğulanıb.

Tədbirdə həmçinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin nümayəndəsi Elşad Zalov çıxış edərək, adı çəkilən qurum tərəfindən icra edilən tədbirlər barədə məlumat verib.

Sonra, ekspertlər Kamran Kərimov və Murad Şəfiyev GRC üzrə maarifləndirici təqdimat ilə çıxış ediblər.

AKTA-nın icraçı direktoru Rauf Cabarov çıxış edərək, AKTA üzvü olan şirkətləri GRC üzrə müasir tələbləri öz şirkətləri daxilində tətbiq etməyə çağırıb. Onun sözlərinə görə şirkətlər qanunvericiliyin mövcud tələblərini təmin etməklə beynəlxalq çağırışlara cavab verməlidirlər. Bu məsələdə xidmət verən şirkətlərin İSO standartları üzrə sertifikatlaşmasının vacibliyi vurğulanıb. Mövzunun davamı olaraq, Keyfiyyət Assosiasiyasının sədri Samir Novruzlu informasiya texnologiyaları və informasiya təhlükəsizliyi üzrə vacib olan standartlar barədə məlumat verib və sertifikatlaşma prosesi haqqında danışıb.

Tədbirdə AKTA-nın və Keyfiyyət Assosiasiyasının birgə təşəbbüsü ilə kibertəhlükəsizlik şirkətlərinin sertifikatlaşmasına mümkün dəstək imkanları barədə məlumat verilib. Belə ki, Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Kiçik Bizneslərə Məsləhət Proqramının Azərbaycandakı rəhbəri Samir Həmidov öz çıxışında adı çəkilən proqram çərçivəsində kiçik və orta biznes subyektlərinə mümkün maliyyə dəstəyi barədə danışıb. O, KOB-ların fərqli standartlar üzrə məsləhət və sertifikasiya xidmətləri üçün EBRD vasitəsilə qrant dəstəyi ala biləcəyini qeyd edib.

Tədbirdə AKTA üzv şirkətin nümayəndələri Elvin Axundov və Elgün Bəxtiyaroğlu kibertəhlükəsizlik məhsulları barədə təqdimat edib, bu məhsulların qurumlarda insan resursları üzrə hazırlığa müsbət təsirindən danışıblar.

Tədbir iştirakçıların maraqlı müzakirələri ilə başa çatıb.

TodayPress TV


XƏBƏR LENTİ
01 AVQUST 2026
Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Bütün Xəbərlər