KFC müştəriləri “başından etməyə” çalışır - DİQQƏTLİ OLUN!

KFC müştəriləri “başından etməyə” çalışır - DİQQƏTLİ OLUN!
05.06.2026 13:02

Son vaxtlar sosial şəbəkələrdə məşhur “fast-food”restoranlarında müştərilərə təqdim olunan qidaların, xüsusilə də ət məhsullarının çiy olması ilə bağlı iddialar artır.

Məsələ ilə bağlı qida eksperti İlkin Şirinov TodayPress TV-yə açıqlama verib. 


Ekspert bildirir ki, KFC və digər “fast-food” şəbəkələrində bu cür, yəni yarı çiy məhsulların müştərilərə təqdim olunması ən çox narazılıq edilən və gündəmdə olan məsələlərdən biridir.

Onun sözlərinə görə, burada səbəblər müxtəlifdir.

Birinci növbədə səbəblərdən biri insan axınıdır. Müştəri çoxluğundan insanları tez-tələsik yola verməyə çalışırlar ki, müştərilərdə narazılıq yaratmasınlar. Bu da hazırlama prosesində tez-tələsikliyə səbəb olur. Və nəticədə müştəri narazılığı ilə qarşılaşırlar.

İlkin Şirinov qeyd edir ki, ikinci məsələ isə işçilərin səhlənkarlığı məsələsidir. Sanki müştəriləri yola verməyə, “başından eləməyə” çalışırlar ki, müştərilərin oturduqları masanı çox məşğul etməsinlər. Tez yeməklərini yeyib, durub getsinlər və növbəti müştəri həmin masada əyləşsin.

Qida eksperti söyləyir ki, bu kimi hallar belə məsulların ortalığa gəlib çıxması, ictimaiyyətə təqdim olunması və müştərilərdə haqlı narazılıqlar yaratması kimi səbəblər ortaya çıxarır. 

Həmçinin onun fikrinə görə, digər bir məsələ də nəzarətin zəifliyi ola bilər. Bəzən bişirilmə temperaturuna, məhsulun tam bişirilməsinə nəzarət olunmur.

HACCP (HAS) proqramının tətbiq olunmaması müəssisələrdə bu cür problemlərə səbəb olur.

Ən əsası da işçi heyətinin mütəmmadi olaraq təlimlərə cəlb olunması, işçi heyətinə müştəri məmnunluğunun aşılanması olmadıqda bu kimi hallat gəlir nəticədə müştəri narazılığına səbəb olur.

Ekspert bu gün təqdim olunan həmin məhsullar heç də aşağı qiymətlə təqdim olunmadığını qeyd edib. 

“Əksinə, çox yuxarı qiymətlə təqdim olunur. Onun maya dəyərini hesablasaq, heç də maya dəyərindən 5-10% artıq qiymətlə müştəriyə təklif olunmur.

Daha artıq bir qiymətdə təqdim olunur. Müştərinin də verdiyi pulun qarşılığında qarşısına qoyulan məhsulun bu cür formada olması haqlı olaraq narazılıq yaradır”.

“Müştərilərin qida təhlükəsizliyinə nəzarət etmək kafe və restoranların birbaşa vəzifə borcudur.

Çünki toyuq ətinin çiy formada təqdim olunması insanlarda salmonellanın və digər mikroorqanizmlərin, bakteriyaların çoxalması, qarın ağrısı, ishal, mədə və bağırsaq pozğunluğu, zəhərlənmə və bu kimi hallara səbəb olur. 

Ona görə də müştərilər yeməyi yeməzdən əvvəl onun keyfiyyətinə və görünüşünə diqqət yetirməlidirlər”, - deyə, o, əlavə edib.

Xanım Musayeva

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
ABŞ-də Trampın şəkli olan pasport satışa çıxarılır - FOTO 00:03 “Qan tökürlər, cavabını alacaqlar” - İrandan ABŞ-yə XƏBƏRDARLIQ 01:49 ABŞ və Səudiyyə İraqdan xəbərsiz zərbə endirdi - Baş nazir səfərini ləğv etdi 01:18 "Qarabağ" mübarizəni Konfrans Liqasında davam etdirəcək - YENİLƏNDİ 22:03 Rusiya ABŞ şirkətinə məxsus zavodu vurdu - TƏCİLİ 00:17 HƏMAS silahı yerə qoyacaq? - Yaxın günlərdə hər şey dəyişə bilər 23:51 Türk ordusu Livana gedir - Ərdoğan açıqladı 23:34 İran ABŞ-nin bu ölkədəki aviabazasını vurdu - VİDEO 22:14 İrana qarşı hərbi əməliyyatlara davam, yoxsa tamam? - Cəmi 1 səs hər şeyi dəyişdi 23:04 "Neftçi" UEFA Konfrans Liqası ilə vidalaşdı - YENİLƏNDİ 21:18 Bakıda qətl hadisəsi baş verdi - TƏFƏRRÜATLAR 22:50 Ermənistan Rusiya kimisini tapmayacaq - Moskvadan İrəvana mesaj 22:39 Rusiya “Telegram”ın təsisçisini niyə “qara siyahı”ya saldı? - SƏBƏB bu imiş 22:26 "Zirə" UEFA Konfrans Liqası ilə vidalaşdı - VİDEO 20:04 Səbrsizliklə gözlənilən “44” filmi tamamlandı 21:49 Netanyahu Avropanı “aşağıladı”, ABŞ-yə tərif yağdırdı, İrana isə… 21:13 Rusiya Şimali Koreya raketindən istifadə edib? - Zelenski detalları açıqladı 21:04 Azərbaycan Dünya Çempionatını boykot etdi 20:54 İranın qorxusu ölkələri İsrailə yaxınlaşdırdı - Netanyahu AÇIQLADI 20:42 Bakıdan Parisə sərt bəyənat: “Azərbaycanın daxili işinə qarışmayın!” 20:25 Moskva İrəvandan pulunu geri istəyir - Dəmir yolu məsələsinin axırı nə olacaq? 20:19 Ermənistan kimə lazımdır? - Paşinyan bir-bir saydı 20:02 “Böyük endirim” tələsi belə qurulubmuş - Yüzlərlə azərbaycanlı “Telegram”da aldadıldı 19:50 Azərbaycandan qaçdı, Ukraynada tutuldu - İndi geri qaytarılır 19:36 İlham Əliyev prezidentlərlə birlikdə qolf oynadı 19:27 Bütün Xəbərlər