İctimai yerlərdə heyvan kəsimi: Uşaqlar təhlükə altında

İctimai yerlərdə heyvan kəsimi: Uşaqlar təhlükə altında
08.04.2026 16:22

İctimai yerlərdə mal-qara kəsib başlarını asırlar, və bu mənzərə həm böyüklərin, həm də uşaqların gözü önündə baş verir. Belə hallar uşaqlara necə təsir edir?

Mövzu ilə bağlı TodayPress TV-yə danışan psixoloq Zeynəb Əyyubova bildirib ki, uşaqların psixoloji inkişafı nəzərə alındıqda, bu cür görüntülər onların emosional dünyasına mənfi təsir göstərə bilər.


Onun sözlərinə görə, uşaqların psixikası hələ tam formalaşmadığı üçün onlar gördükləri hadisələri böyüklər kimi analiz edə bilmirlər:

"İctimai yerlərdə heyvan kəsimi, qan görüntüləri və heyvan başlarının asılması uşaqlarda qorxu, narahatlıq, təşviş, hətta yuxu pozuntuları yarada bilər. Bəzi hallarda isə uşaqlarda aqressiv davranışların artması və zorakılığa qarşı həssaslığın azalması müşahidə oluna bilər. Xüsusilə kiçik yaşlı uşaqlar bu görüntüləri travmatik hadisə kimi qəbul edə bilərlər. Bu isə onların emosional təhlükəsizlik hissini zəiflədə, uzun müddətli psixoloji gərginliyə səbəb ola bilər". 

Psixoloq vurğulayıb ki, azyaşlıların bu cür görüntülərlə tez-tez qarşılaşması empati hissinin azalmasına və zorakılığı normallaşdırmağa gətirib çıxara bilər:

"Valideynlər bu hallarda uşaqları mümkün qədər bu cür görüntülərdən uzaq tutmağa çalışmalıdırlar. Əgər uşaq artıq belə bir vəziyyətə şahid olubsa, valideyn onunla sakit və anlayışlı şəkildə danışmalı, qorxularını dinləməli və hisslərini ifadə etməsinə şərait yaratmalıdır. Uşağın qorxusunu kiçiltmək və ya “bu normaldır” kimi ifadələr işlətmək tövsiyə olunmur. Əksinə, uşağın hisslərini qəbul etmək və ona emosional dəstək göstərmək vacibdir".

Mütəxəssis əlavə edib ki, cəmiyyət olaraq da bu məsələyə həssas yanaşmaq lazımdır. Onun sözlərinə görə, heyvan kəsimi sanitariya və etik qaydalara uyğun, uşaqların görmədiyi qapalı məkanlarda həyata keçirilməlidir. 

"İctimai yerlərdə bu cür görüntülərin nümayiş etdirilməsi uşaqların psixoloji sağlamlığı baxımından uyğun deyil. Unutmayaq ki, uşaqlar gördükləri mühitdə böyüyürlər. Onların sağlam psixoloji inkişafı üçün təhlükəsiz, sakit və travmadan uzaq mühit yaratmaq həm valideynlərin, həm də cəmiyyətin ortaq məsuliyyətidir", - deyə Zeynəb Əyyubova fikrini tamamlayıb.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 Bütün Xəbərlər