Hörmüz dalana dirəndi, Yaponiya Azərbaycana yönəldi

Hörmüz dalana dirəndi, Yaponiya Azərbaycana yönəldi
11.05.2026 14:20

Yaponiya Yaxın Şərqdə gərginliyin artmasından sonra ilk dəfə Azərbaycan nefti idxal edəcək.

TodayPress TV "Reuters"ə istinadən xəbər verir ki, Azərbaycan nefti daşıyan tanker çərşənbə axşamı Yokohama Port limanına çatmalıdır.

Məlumata görə, yük "Eneos" şirkəti üçün nəzərdə tutulub. Yaponiya İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyinin böhranın idarə olunması üzrə baş direktor müavini Narumi Hosokava bildirib ki, bu, Yaxın Şərqdə münaqişə başlayandan sonra Azərbaycandan Yaponiyaya həyata keçirilən ilk neft tədarüküdür.

Qeyd olunub ki, Hörmüz boğazında gəmiçiliklə bağlı yaranan problemlərdən sonra Tokio alternativ enerji mənbələri axtarmağa başlayıb.

Məlumata əsasən, Yaponiya son dövrdə ABŞ-dən neft idxalını artırıb, həmçinin sanksiya istisnası tətbiq olunan "Saxalin-2" layihəsindən də xammal alıb.

Bildirilib ki, Yaponiya hazırda strateji neft ehtiyatlarından da istifadə edir. 8 may tarixinə olan məlumata görə, ölkənin neft ehtiyatları daxili tələbatı 205 gün qarşılamaq imkanına malikdir.

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Bütün Xəbərlər