"Həzi Aslanov" metrostansiyasında yenidənqurma yeni mərhələdə

"Həzi Aslanov" metrostansiyasında yenidənqurma yeni mərhələdə
02.03.2026 10:56

"Bakı Metropoliteni" QSC infrastrukturun yenilənməsi və təhlükəsizlik standartlarının artırılması istiqamətində mühüm layihələrdən biri olan "Həzi Aslanov" stansiyasının dalanında əsaslı təmir və yenidənqurma işlərinin daha bir mərhələsi tamamlayıb.

TodayPress TV səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, dalan yolları qatarların çevik idarə olunmasını, qısa intervallarla hərəkətini və texniki xidmətini təmin edən çoxfunksiyalı infrastruktur sahəsidir.

Əvvəlki mərhələlərdə bu yollarda söküntü və işlərə hazırlıq məqsədilə müvəqqəti metal konstruksiyalar quraşdırılıb.

280 metrə yaxın sahədə əsaslı təmir işləri 3 hissədən ibarət olaraq təşkil edilib və 210 metrə yaxın hissədə təmir yekunlaşdırılıb.

Görülən işlər çərçivəsində yan divarlar və döşəmədə bütün ərazi boyunca məhlulvurma yekunlaşdırılıb, xüsusi boya maddələrinin vurulmasına hazırlıq tədbirləri görülür. Tavan hissədə isə izolyasiya işləri aparılmaqla məhlulvurma əsasən yekunlaşıb. Plana uyğun olaraq, örtük tavasının daha da gücləndirilməsi məqsədilə karbon lifli müasir inşaat materialı ilə izolyasiya aparılacaq.

Orta yolların arakəsmə divarlarından təmirin ilk iki mərhələsinə düşən hissəsi yenidən inşa olunub. Sonuncu hissədə isə söküntü və inşaat işləri aparılır.

Qeyd edilənlərlə yanaşı, infrastrukturun qurulmasına da başlanılıb. Hazırda paralel olaraq drenaj xətləri çəkilir. Yol infrastrukturu və divarlar boyunca kommunikasiya xətlərinin quraşdırılmasına aprel ayından başlanılacaq.

Burada dalan yolları və yoldəyişdirici qurğular müasir dəmir-beton özüllər üzərində yenidən qurulacaq, elektrik təchizatı, rabitə, işarəvermə, videomüşahidə, yanğın təhlükəsizliyi və digər mühüm sistemlər tam müasirləşdiriləcək.

İşlərin cari ilin sonuna qədər yekunlaşdırılması planlaşdırılır.

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 Bütün Xəbərlər