Hesablama Palatası Dövlət Gömrük Komitəsində nöqsanlar aşkarlandı

Hesablama Palatası Dövlət Gömrük Komitəsində nöqsanlar aşkarlandı
22.04.2026 02:49

Hesablama Palatası Dövlət Gömrük Komitəsində nöqsanlar aşkarlayıb.

TodayPress TV bu barədə palataya istinadən xəbər verir.

Bildirilib ki, komitənin depozit və tapşırıqlar hesabının (Fond 7) qalığı büdcədənkənar vəsaitlər (xərclənməsinə sərəncamvermə hüququ Komitədə olan) üzrə 01.01.2024-cü il tarixinə 4659,51 min manat, 01.01.2025-ci il tarixinə 4891,08 min manat təşkil etdiyi halda həmin pul vəsaitlərinin hərəkətinin komitənin müvafiq maliyyə uçotu sənədlərində əks etdirilməsi təmin edilməyib.

2023-cü ildə dövlət mülkiyyətinə keçirilmiş əmlakın satışından daxil olmaqla müvafiq xərclər çıxıldıqdan sonra qalan 24,6 min manat məbləğində vəsait “Azərterminalkompleks” Birliyi tərəfindən Komitənin aidiyyəti xəzinə hesabına deyil, hesabın möhkəmləndirilməsi adı altında birliyin bank hesabına yönəldilib.

Auditlə toplanmış sübutlar müvafiq informasiya mənbələrinin (o cümlədən, ilkin uçot sənədlərinin) mövcud olmasına baxmayaraq inzibati cərimələrin hesablanmış, ödənilmiş və borc məbləğlərinin ünvanlı uçotunun (o cümlədən, reyestrinin (tətbiq edilmiş cərimələr üzrə ilin əvvəlinə qalığı olan şəxslərin adlı siyahısı, eləcə də gömrük qaydaları əleyhinə olan inzibati xətalarla bağlı İnzibati Xətalar Məcəlləsinin maddələri səviyyəsində inzibati xətalar haqqında işlər üzrə tərtib edilmiş protokolların sayı, aşkar edilmiş xətaların sayı, tətbiq edilmiş cərimələrin sayı, məbləği və s. rekvizitlər üzrə) tam aparılmadığı müəyyən edilib.

“Azərterminalkompleks” Birliyi tərəfindən Komitənin yeni inzibati binasının tikintisi çərçivəsində bağlanılmış müqavilələr üzrə aparılmış hesablaşmalarla kapitallaşdırılmalı olan dəyərin 17988,8 min manata bərabər olduğu halda maliyyə uçotu sənədlərində 2733,9 min manat az əks etdirilməyib.

Azərbaycan Respublikası Hesablama Palatasının Kollegiyası auditin nəticələrini müzakirə edərək yol verilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması çərçivəsində 966,1 min manatının dövlət büdcəsinə və 828,2 min manatının natura ifadəsində bərpa olunması, 3166,5 min manatının maliyyə (mühasibat) uçotuna) uçota alınması nəzərə alınmış, digər nöqsanların aradan qaldırılmasına dair irəli sürülmüş təkliflərin yerinə yetirilməsi, eləcə də aşkar edilmiş müvafiq məsələlərlə əlaqədar qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlərə uyğun zəruri tədbirlərin həyata keçirilməsi üçün aidiyyəti quruma zəruri sənəd və məlumatların göndərilməsi barədə qərar qəbul edib.

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Bütün Xəbərlər