Gübrə İstehsalçıları Assosiasiyası qida təhlükəsizliyi kampaniyasına qoşuldu

Gübrə İstehsalçıları Assosiasiyası qida təhlükəsizliyi kampaniyasına qoşuldu
18.11.2025 15:22

Azərbaycan Gübrə İstehsalçıları və İdxalatçıları Assosiasiyası “Qida təhlükəsizliyi tək dövlətin deyil, hər kəsin işidir” kampaniyasına qoşuldu

TodayPress TV xəbər verir ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi yanında Məşvərət Şurası “Qida təhlükəsizliyi tək dövlətin deyil, hər kəsin işidir” çağırış kampaniyasını davam etdirir. Aksiyaya növbəti qoşulan qurum Azərbaycan Gübrə İstehsalçıları və İdxalatçıları Assosiasiyası olub.

Yayımlanan son videoçarxda Şuranın üzvü Mehmet Manavoğlu əkinçilik və bağçılıqda pestisid və gübrələrin düzgün seçilməsinin vacibliyini vurğulayır. O bildirib ki, nəzarətsiz və qeydiyyatsız tətbiq olunan pestisid və gübrələr yalnız torpağa deyil, həm də suya, havaya və nəticə etibarilə insanın gündəlik qidasına ciddi zərər vurur.

Manavoğlu qeyd edib ki, mənşəyi məlum olmayan preparatlar görünməz, lakin real təhlükə yaradır. Yalnız qeydiyyatdan keçmiş, keyfiyyəti təsdiqlənmiş məhsullardan istifadə olunması ətraf mühitin qorunmasına və sağlam gələcəyin təmin olunmasına xidmət edir.

Kampaniya çərçivəsində bir daha vurğulanıb: “Qida təhlükəsizliyi tək dövlətin deyil, hər kəsin işidir. Gəlin, təhlükəsiz qida ilə sağlam gələcəyə birlikdə addımlayaq.”


TodayPress TV 

FOTOLAR

Gübrə İstehsalçıları Assosiasiyası qida təhlükəsizliyi kampaniyasına qoşuldu — 1
Gübrə İstehsalçıları Assosiasiyası qida təhlükəsizliyi kampaniyasına qoşuldu — 2
Gübrə İstehsalçıları Assosiasiyası qida təhlükəsizliyi kampaniyasına qoşuldu — 3
XƏBƏR LENTİ
14 AVQUST 2026
Pakistandan Hindistana XƏBƏRDARLIQ: “2025-ci ilin mayından daha sarsıdıcı olacaq!” 00:19 Məşhur şadlıq sarayı müsadirə olunaraq, hərraca çıxarıldı 23:55 Sürücülərin NƏZƏRİNƏ! Bu küçələr sabahdan bağlı olacaq 23:44 Qurban Qurbanov: “Rəqibi topsuz qoymağa çalışırdıq” 23:33 III qrup üzrə keçid balları AÇIQLANDI 23:28 “Qarabağ”ın pley-offdakı rəqibi Niderlanddandır 23:15 Tramp gömrükdə “deşik” tapdı və bağladı: 800 dollarlıq güzəşt ləğv edildi 23:06 Fidan Netanyahunun fələstinlilərlə bağlı dəhşətli planından danışdı 22:55 ABŞ-nin İrana qarşı yeni planı üzə çıxdı: Növbəti hədəflər bunlar ola bilər 22:42 Türkiyədə erməni məktəblərində yoxlama başladı: Şagirdlər təcili köçürülür 22:27 44 yaşlı kişi kəsici alətlə öldürüldü - Şübhəli 16 yaşlıdır 22:18 UEFA Konfrans Liqası: "Qarabağ" pley-offa yüksəldi - VİDEO 20:08 Xocavənddə güclü yanğın başladı - VİDEO 22:03 Azərbaycan XİN mina partlayışları ilə bağlı paylaşım etdi 21:59 Fransada yanğınsöndürənlər ayağa qalxır – Ümummilli səfərbərlik elan olundu 21:56 Kolumbiyada zəlzələ nəticəsində ölənlərin son sayı AÇIQLANDI 01:21 Rusiyanın HHM raketi Qara dənizə düşdü - VİDEO 21:23 İngiltərədə sərnişin qatarı relsdən çıxdı 21:16 Yaxın Şərqdəki ABŞ gəmisində nə baş verir? – Senator cavab tələb etdi, nazir danışdı 21:05 Hörmüz boğazında "asan hədəf" - ABŞ PUA-larının 25%-ni itirdi 20:51 Yaponiyada dəhşətli leysan! - VİDEO 20:37 İllərdir davam edən "TurAz" davası.. - Ramiz Mehdiyevin kürəkəninin iddiası rədd edildi! 20:28 "Ulduz" metro stansiyasının qarşısındakı yolda tikinti işləri davam etdirilir 20:20 Kəlbəcərdə mina PARTLADI, xəsarət alan var 19:57 Gürcüstan-Rusiya sərhədində həyəcan siqnalı - Gömrük məntəqəsi boşaldıldı 19:53 Bütün Xəbərlər