Gələn il Həcc ziyarətinə gedəcək zəvvarlar üçün sağlamlıq tələbləri açıqlandı

Gələn il Həcc ziyarətinə gedəcək zəvvarlar üçün sağlamlıq tələbləri açıqlandı
10.10.2025 21:45

Səudiyyə Ərəbistanı Krallığına gedən zəvvarlar üçün sağlamlıq tələbləri və göstərişlər müəyyənləşib.

TodayPress TV Qafqaz Müsəlmanları İdarəsinə (QMİ) istinadən xəbər verir ki, bu barədə sənəd Səudiyyə Ərəbistanı Krallığının səhiyyə orqanları tərəfindən Həcc və Ümrə ziyarəti üçün ölkəyə gələn zəvvarlara tətbiq edilən sağlamlıq tələblərini və profilaktik tədbirləri müəyyən etmək məqsədilə hazırlanıb.

Sənəddə əks olunan sağlamlıq tələbləri və göstərişlər aşağıdakı kimidir:

Ümumi sağlamlıq tələbləri

Zəvvarların və ziyarətçilərin sağlamlığına və təhlükəsizliyinə xüsusi diqqət yetirilir. Buna əsasən, yoluxucu və ya ictimai sağlamlığa təhlükə yaradan xəstəliklərdən əziyyət çəkən şəxslərin səfəri tövsiyə edilmir.

Aşağıdakı xəstəlikləri olan şəxslər Həccə getməkdən çəkinməlidirlər:

Xroniki ürək, böyrək və ya ağciyər xəstəlikləri;

Mərkəzi sinir sisteminin xroniki xəstəlikləri (məsələn, insultdan sonra yaranan hallar);

Diabet, immunçatışmazlıq və ya bədən müqavimətini azaldan xəstəliklər;

Hamilə qadınlar;

Uşaqlar və yaşlı insanlar;

Kimyaterapiya alan və ya xərçəng xəstələri.

Yoluxucu xəstəliklərə qarşı tədbirlər

Səudiyyə Ərəbistanı Krallığına gəlmək istəyən zəvvarlar üçün COVID-19 peyvəndi tələb oluna bilər.

Peyvənd yalnız Səudiyyə Ərəbistanında təsdiq edilmiş vaksinlərdən biri olmalıdır.

Peyvənd səyahətdən ən azı 10 gün əvvəl, lakin 12 aydan çox olmayan müddətdə vurulmalıdır.

Epidemioloji vəziyyətə əsasən, Səudiyyə Ərəbistanı əlavə tələblər tətbiq edə bilər.

Məcburi peyvəndlər

a) Beyin qişası iltihabı (meninqokokk infeksiyası – ACWY)

Bütün zəvvarlar üçün məcburi peyvənddir.

Dördmikroblu meningokokk peyvəndi (ACWY) tələb olunur.

Peyvənd Səudiyyə Ərəbistanına gəlməzdən azı 10 gün əvvəl, amma 3 ildən çox əvvəl olmamalıdır.

Peyvənd haqqında beynəlxalq sertifikat təqdim olunmalıdır.

b) Digər peyvəndlər (tövsiyə olunanlar)

Mövsümi qrip (influenza) peyvəndi;

Sarı qızdırma və poliomielit peyvəndləri - yalnız həmin xəstəliklərin mövcud olduğu ölkələrdən gələn zəvvarlara tətbiq olunur.

Giriş və səhiyyə nəzarəti tədbirləri

Səudiyyə Ərəbistanına gələn zəvvarlar sərhəd-keçid məntəqələrində tibbi yoxlamadan keçə bilərlər.

Sağlamlıq sənədləri və peyvənd sertifikatları yoxlanılacaq.

Lazım gəldikdə, əlavə tibbi tədbirlər və profilaktik nəzarət tətbiq oluna bilər.

Ümumi sağlamlıq tövsiyələri

Qida təhlükəsizliyinə və şəxsi gigiyenaya ciddi riayət edin.

Ziyarət zamanı su qəbulu, istidən qorunma və dincəlmə rejiminə əməl edin.

Qrup rəhbərlərinin və səhiyyə işçilərinin göstərişlərinə qulaq asın.

Yoluxucu xəstəliklərdən qorunmaq üçün sıx yerlərdə tibbi maskadan istifadə etmək tövsiyə olunur.

Xəstəlik əlamətləri hiss etdikdə dərhal tibbi yardım tələb edin.

Əlavə qeydlər

Səudiyyə Ərəbistanının səhiyyə orqanları beynəlxalq vəziyyəti nəzərə alaraq gələcəkdə əlavə tələblər və peyvəndlər barədə qərar qəbul edə bilər.

Bu qərarlar Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələrinə əsasən yenilənə bilər.

TodayPress.TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Azərbaycan avarçəkənləri İtaliyada Avropa ikincisi oldular 17:25 Rezai: Hücum olarsa, regionu daş dövrünə qaytaracağıq 17:09 Arvadını qətlə yetirən şəxsə hökm oxundu 16:54 Dünya çempionatı: İbrahim Həsənov yarımfinala vəsiqə qazandı - YENİLƏNDİ 15:10 Yaponiya yeni mərkəzləşdirilmiş xüsusi xidmət orqanı yaratdı 16:22 Ukrayna Fransaya yardım göndərdi 16:00 Azərbaycan manatının dövretmə sürəti iyunda artdı 15:42 Ukrayna Qara dənizdə "Rosatom"un konteyner gəmisini batırdı 15:26 Aİ səfiri dilimizi öyrənir - VİDEO 14:52 Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı 14:29 Kriptobirjada son durum: "Bitcoin" 2%-dən çox... 14:16 Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 İran PUA-ları Küveytdə hökumət obyektinə hücum etdi 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 "Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi 13:10 Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bütün Xəbərlər