Fövqəladə Hallar Nazirliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında Birgə Fəaliyyət Planı imzalandı

Fövqəladə Hallar Nazirliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında Birgə Fəaliyyət Planı imzalandı
13.11.2025 11:04

Fövqəladə Hallar Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) arasında əlilliyi olan şəxslərin fövqəladə hadisələrin qarşısının alınması, hazırlıq və nəticələrinin aradan qaldırılması sahəsində hüquqlarının təmin olunmasına dair 2025-2030-cu illər üzrə Birgə Fəaliyyət Planı imzalanıb. Sənəd BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasından irəli gələn müvafiq öhdəliklərin icrası məqsədinə xidmət edir.

ƏƏSMN-ın İctimaiyyətlə əlaqələr şöbəsindən TodayPress TV-yə verilən məlumata görə, Fəaliyyət Planına əsasən, əlilliyi olan və onlara qulluq edən şəxslər üçün fövqəladə hallarla bağlı davranış qaydalarına dair maarifləndirmə tədbirləri həyata keçiriləcək.

Eləcə də Fövqəladə Hallar Nazirliyinin xilasedici və yanğınsöndürənlərinin əlilliyi olan şəxslərə yardım göstərilməsi üzrə bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi ilə bağlı təlimlər təşkil olunacaq və əlilliyi olan şəxslərin “112” qaynar telefon xəttinə müraciətlərinin qəbul edilməsi üzrə müasir texnologiya və üsulların tətbiqi imkanları araşdırılacaq.

Sənəddə əlilliyi olan şəxslər üçün erkən xəbərdarlıq, o cümlədən SMS xidməti və məlumatlandırma üzrə tətbiqlərin yaradılması, fövqəladə hadisə baş verdikdə əlilliyi olan şəxslərin reabilitasiya və sosial xidmət müəssisələri barədə məlumat mübadiləsinin aparılması, onların təxliyəsi, qeydiyyatı, müvəqqəti yerləşdirilməsi və digər tədbirlər də nəzərdə tutulub.

XƏBƏR LENTİ
01 AVQUST 2026
Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bütün Xəbərlər