FHN Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirdi

FHN Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirdi
21.06.2025 12:12

Fövqəladə Hallar Nazirliyi (FHN) Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirib.

Bu barədə TodayPress TV-yə FHN-dən məlumat verilib.

Bildirilib ki, FHN-in Baş əməliyyat idarəsinin təşkilatçılığı ilə Lənkəran Beynəlxalq Hava Limanında keçirilən birgə təlimə Nazirliyin Cənub Regional Mərkəzi, Xüsusi Riskli Xilasetmə Xidməti, Dövlət Yanğından Mühafizə Xidməti və Dövlət Yanğın Nəzarəti Xidmətinin, Nəqliyyatda Polis İdarəsinin Lənkəran Beynəlxalq Hava Limanı üzrə bölməsinin, Lənkəran Rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının, Aviasiya Təhlükəsizliyi Baş İdarəsinin və Lənkəran Beynəlxalq Hava Limanının qüvvə və vasitələri cəlb olunub.

Təlimin keçirilməsində əsas məqsəd hava limanında yanğın təhlükəsizliyi tədbirlərinin səmərəliliyinin, habelə fövqəladə hallara çevik reaksiya verilməsi imkanlarının artırılması, eyni zamanda hava limanı ilə Fövqəladə Hallar Nazirliyinin yerli qurumları arasında qəza-xilasetmə əməliyyatlarında qarşılıqlı fəaliyyət və koordinasiyanın gücləndirilməsindən ibarət olub.

Təlim zamanı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə daxil olan şərti yanğın barədə məlumat əsasında müxtəlif xidmətlərin qüvvələri ilə qarşılıqlı fəaliyyətdə işçilərin “təhlükəli ərazidən” təxliyəsi, onlara təxirəsalınmaz ilkin tibbi yardımın göstərilməsi, yanğın yerində kəşfiyyat və yanğınla mübarizə əməliyyatları simulyasiya edilib.

Uğurla keçən təlimdə qarşıya qoyulmuş məqsədlərə nail olunub.

Qeyd edək ki, bu cür birgə təlimlər fövqəladə halların effektiv idarə olunması, hava limanlarında əməliyyat dayanıqlığının artırılması və müvafiq strukturlar arasında inteqrasiya olunmuş cavab sisteminin təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

FOTOLAR

FHN Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirdi — 1
FHN Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirdi — 2
FHN Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirdi — 3
FHN Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirdi — 4
FHN Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirdi — 5
FHN Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirdi — 6
FHN Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirdi — 7
FHN Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirdi — 8
XƏBƏR LENTİ
16 IYUN 2026
Azərbaycan nefti kəskin ucuzlaşdı 12:04 ABŞ İranı əvvəl dağıtdı, indi 300 milyard dollara tikəcək... 11:53 Jurnalist vəsiqəsinin verilməsinə və dəyişdirilməsinə görə ödəniş ləğv edilir 11:49 İran millisində azərbaycanlılar fırtına törədirlər 11:47 Ötən həftə bu ərazilər minalardan təmizləndi 11:45 Qarabağ Zəfərindən informasiya suverenliyinə: yeni media idarəetmə sistemi 11:28 Bakıda tavan uçdu, göydən başına adam düşdü - VİDEO 11:24 Makronun xanımı ilə Trampın qeyri-adi görüntüləri yayıldı - VİDEO 11:15 Xəzərdə insanları dibə çəkən “gizli əllər”in sirri açıldı – Ekspertdən həyəcan təbili 11:11 Avtoxuliqanlıq edən sürücü həbs edildi - VİDEO 11:10 Ruhi Əliyeva Qarabağ veteranını işdən qovdu: Məhkəmə belə ona söz haqqı verir 10:57 Roma Papası Azərbaycana səfərə dəvət edildi 10:52 Müqəddəs Taxt-Tacın nümayəndəsi Prezidentin qəbulunda 10:41 Kimlər Paşinyanın nişangahındadır? - Konstitusiya dəyişikliyi planı açıqlandı 10:36 "Sabah" Patrik Orfe Mbinanın transfer hüquqlarına yiyələndi 10:30 Miopiya nə üçün yaranır? Görmə qüsurunun əlamətləri və korreksiya yolları 10:20 "Sabah"ın UEFA-da rəqibi bu gün bəlli olacaq 10:15 Əl və ayaq dərisində quruluq: Əsas səbəblər və effektiv nəmləndirmə üsulları 10:15 Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq 10:08 Sürücülərin nəzərinə! İcbari sığorta haqları artıq yeni qaydalarla hesablanacaq 10:06 Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA 10:01 "Coca-Cola" içməyin orqanizmə mümkün müsbət və mənfi təsirləri 09:52 "Qarabağ"ın Avropa Liqada rəqibi bəlli olur 09:53 Rusiyanın "can damarı" alova büründü 09:42 Lansodens nə zaman istifadə olunur? - Təyinatı, təsiri və qəbul qaydaları 09:35 Bütün Xəbərlər