FHN-in əməkdaşları NATO-nun təlimində iştirak etdi

FHN-in əməkdaşları NATO-nun təlimində iştirak etdi
16.09.2025 12:17

Sentyabrın 7-12-də Bolqarıstan Respublikasının Montana şəhərində Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) Fəlakətlərə Cavabın Əlaqələndirilməsi üzrə Avro-Atlantika Mərkəzi (EADRCC) və Bolqarıstan Respublikasının Daxili İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə “20-ci NATO EADRCC Fövqəladə Halların İdarə edilməsi - BULGARIA 2025” təlimi keçirilib. Təlimə Fövqəladə Hallar Nazirlyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tibb qrupu da qatılıb.

Bu barədə FHN-in Mətbuat xidmətindən TodayPress TV-yə verilən məlumata görə, təlimin rəsmi açılış mərasimində çıxış edən Bolqarıstan Respublikasının daxili işlər naziri Daniel Mitov təlimə cəlb olunan iştirakçıları salamlayaraq, təşkil olunan genişmiqyaslı sahə təliminin baş verə biləcək irihəcmli fövqəladə hallara çevik reaksiya imkanlarının artırılması baxımından əhəmiyyətindən danışıb.

Daha sonra NATO-nun Baş katibinin müavini Radmila Shekerinska növbəti “BULGARIA 2025” təliminin məqsəd və vəzifələrindən bəhs edərək iştirakçılara uğurlar arzulayıb.

Sahə təliminin təşkilində əsas məqsəd mümkün təbii fəlakət və qəzalar nəticəsində ətraf ərazilərə və kritik infrastruktura dəyə biləcək zərərlərin əlaqəli şəkildə aradan qaldırılması olub.

Təlim planına uyğun olaraq, “Yerli Fövqəladə Halların İdarə olunması” (LEMA), “Sahə Koordinasiya Mərkəzi” (OSOCC), “Şəhər Əməliyyatlarının Koordinasiya Mərkəzi” (UCC), “Fövqəladə Tibb Qruplarının Koordinasiya Mərkəzi” (EMTCC) və “Birgə Hava/Dron Əməliyyatlarının Koordinasiya Mərkəzi”nin (Joint Air/Drone Operations Coordination Centre) imkanlarından istifadə etməklə təlimdə iştirak edən xilasetmə qruplarının əməliyyatları koordinasiya olunub.

Təlim müddətində FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin şəxsi heyəti axtarış-xilasetmə işlərinə fəal cəlb olunaraq, şərti nəqliyyat qəzaları və zəlzələ hadisələri zamanı dağıntılar altında qalan zərərçəkmişlərin xilas edilməsi, həmçinin “Şəhər Koordinasiya Mərkəzi”nin (UCC) fəaliyyətinin təşkilinə dəstək əməliyyatını uğurla icra edib. Bundan başqa, təlimə cəlb olunan FHN-in digər əməkdaşları “Qiymətləndirici” və “Müşahidəçi” qismində iştirak edərək təlimin gedişatına öz töhfələrini veriblər.

Təlimdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tibb qrupu tərəfindən “Fövqəladə Tibb Qruplarının Koordinasiya Mərkəzi” (EMTCC) tərəfindən əldə olunan şərti məlumatlar əsasında dağıntı zonalarına cəlb olunaraq, zərərçəkmişlərə tibbi müdaxilə edərək onların təcili tibbi yardım avtomobili ilə müvafiq tibb mərkəzlərinə çatdırılması təmin olunub.

Təlim uğurla başa çatıb və sonda iştirakçılara sertifikatlar təqdim edilib.

TodayPress TV

FOTOLAR

FHN-in əməkdaşları NATO-nun təlimində iştirak etdi — 1
FHN-in əməkdaşları NATO-nun təlimində iştirak etdi — 2
FHN-in əməkdaşları NATO-nun təlimində iştirak etdi — 3
FHN-in əməkdaşları NATO-nun təlimində iştirak etdi — 4
FHN-in əməkdaşları NATO-nun təlimində iştirak etdi — 5
FHN-in əməkdaşları NATO-nun təlimində iştirak etdi — 6
FHN-in əməkdaşları NATO-nun təlimində iştirak etdi — 7
FHN-in əməkdaşları NATO-nun təlimində iştirak etdi — 8
FHN-in əməkdaşları NATO-nun təlimində iştirak etdi — 9
XƏBƏR LENTİ
01 AVQUST 2026
Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 Bütün Xəbərlər