Ətin qiyməti niyə artır? – AÇIQLAMA

Ətin qiyməti niyə artır? – AÇIQLAMA
01.12.2025 17:08

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) son açıqlamasına görə, bir sıra ölkələrdə dabaq, blutanq, Nyukasl və yüksək patogen quş qripi kimi xəstəliklərin yayılması səbəbindən həmin ölkələrdən Azərbaycana ət və heyvan mənşəli məhsulların idxalı məhdudlaşdırılıb. Xüsusilə Türkiyənin Biləcik vilayətində dabaq, Kiprin Larnaka rayonunda blutanq, Polşanın bəzi ərazilərində Nyukasl, Böyük Britaniya, Belçika, Niderland və İrlandiyanın müxtəlif regionlarında isə quş qripi qeydə alınıb.

Məsələyə münasibət bildirən iqtisadçı Natiq Cəfərli TodayPress TV-yə deyib ki, bu cür qadağalar ümumiyyətlə dünya bazarında təklifin azalmasına təsir etsə də, Azərbaycanın əsas ət idxal etdiyi ölkələrdə hazırda vəziyyət stabildir:


"Azərbaycanın əsas quş və qırmızı ət idxal etdiyi ölkələr Gürcüstan və Rusiyadır. Bu ölkələrdə hələlik ciddi epizootik problem qeydə alınmayıb. Amma qlobal səviyyədə yayılmış xəstəliklər özlüyündə qiymət artımı təzyiqi yaradır".

İqtisadçının sözlərinə görə, Azərbaycanda ət bahalaşmasının kökündə yalnız epizootik məhdudiyyətlər dayanmayıb. Qiymət artımı daha çox daxili səbəblərlə bağlıdır:

"Buna iri və xırdabuynuzlu heyvanların sayının son illər kəskin azalması, yem bazasının zəifləməsi və yem qiymətlərinin artması, fermer təsərrüfatlarının maliyyə çətinlikləri, logistika və daşınma xərclərinin yüksəlməsi, bazarın tələbinə uyğun istehsal səviyyəsinin olmaması aiddir".

Natiq Cəfərli qeyd edib ki, Azərbaycanda ət qiymətləri demək olar, hər ay artır və bu proses davamlı xarakter alıb:

"Ət qiymətlərinin artması artıq struktur problemdir. Sadəcə xəstəliklərin yayılması fonunda idxalın azalması deyil, ölkədə heyvandarlığın ümumi zəifləməsi əsas faktordur".

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 Bütün Xəbərlər