Ərəbcə eşidirik deyə dualarımız qəbul olmur? – Həqiqətlər

Ərəbcə eşidirik deyə dualarımız qəbul olmur? – Həqiqətlər
24.04.2026 14:16

Müğənni Murad Arifin yas məclislərində ərəb dilində oxunan dualarla bağlı səsləndirdiyi fikirlər ictimai müzakirələrə səbəb olub. Belə ki, o, bu duaların adətlərdən silinməsini təklif edib.

Mövzuya münasibət bildirən ilahiyyatçı Tural İrfan TodayPress TV-yə duaların dili və mahiyyəti ilə bağlı geniş açıqlama verib.


O bildirib ki, bu istiqamətdə uzun illərdir maarifləndirmə işi aparırlar və əsas məsələ duanın mahiyyətinin başa düşülməsidir:

"Bu barədə illərlə maarifləndirmə aparırıq. Dəfələrlə demişik ki, dua Allahla münacatdır, hər kəs öz dilində oxumalıdır. İslama görə yalnız namaz orijinal mətndə qılınmalıdır. Yerdə qalan bütün dua və ibadətlər hər kəsin öz dilində, səmimi şəkildə olmalıdır. Xüsusən cəm halda edilən duaları gərək ‘Amin’ deyən hər kəs anlasın ki, nəyi təsdiq etdiyini bilsin".

İlahiyyatçının sözlərinə görə, tarix boyu bəzi dini təbəqələr bu sahədə yanlış ənənələrin formalaşmasına səbəb olub:

"Lakin əsrlərdir istismarçı ruhani təbəqə xurafat və mövhumatı din adı ilə xalqa sırıyıb. Ərəb və farsa dua oxumağı ona görə dəbə salıblar ki, başqaları bacarmasın. Yəni, özlərinə sənət, peşə qondarmaq üçün digərlərindən fərqlənmək üçün hansısa əlamətlər olmalıdır. Yas və digər mərasimlərdə xüsusi din xadiminin seçilməsi də zəruri deyil. Özü də yasda, toyda, ümumiyyətlə məclisdə Allaha dua etmək üçün molla, ruhani seçmək lazım deyil. Əksinə Allaha daha yaxın, ağsaqqal, müdrik adamlar önə çıxıb öz ana dilimizdə dua etməlidir".

Ekspert bəzi dini mərasimlərin formal xarakter aldığını və bunun hörmətsizlik kimi qiymətləndirilə biləcəyini vurğulayıb:

"Yoxsa min hoqqadan çıxıb, dini pula satan din tacirlərinin məclisin başına keçirib fars ləhcəsi ilə nağıl danışdırmaq, natamam ərəb dilində dua etdirmək həm ölüyə, həm də diriyə hörmətsizlikdir. İslamda ayrıca ruhani sinif anlayışı mövcud deyil. İslam dinində ümumiyyətlə molla, axund, ruhani təbəqəsi yoxdur. Peyğəmbərlər bu istismarçı sinifləri ləğv etmək üçün gəlib və ləğv edib. Sonradan dini təhrif edərək belə siniflər yaradıblar ki, əhalini din adı ilə istismar etsinlər".

O, həmçinin tarixi səbəblərə də toxunaraq bildirib ki, bəzi ənənələr siyasi və sosial şəraitin təsiri ilə formalaşıb:

"Əməvilər dövründə xilafət qatı ərəb şovinizmi üzərindən idarə olunurdu. Azərbaycan da daxil olmaqla ərəb valilər, vergi müfəttişləri fəaliyyət göstərirdi. Onlar əhali arasında gəzir, yaslarda da iştirak edirdilər. Yerli mollalar da onların iştirak etdiyi məclislərdə onlar başa düşsün deyə yaxud yaltaqlıq, qorxaqlıqla duaları ərəbcə oxuyurdular. Beləcə bu ənənə sonra da dinin qaydası kimi davam etdi".

Sonda ilahiyyatçı bütün dini mərasimlərdə duaların insanların anladığı dildə edilməsinin vacibliyini bir daha vurğulayıb:

"Bütün dualar, ölüyə verilən təlqin, qəbir üstündə dua, nikah duası, süfrə duası, ümumiyyətlə hamısı hamının başa düşdüyü, yəni, dövlət dilində oxunmalıdır. Ərəbcə, farsca duanı çox zaman oxuyanın özü də başa düşmür. Sadəcə adət kimi əzbərləyib, özünü savadlı göstərmək üçün oxuyur", - deyə Tural İrfan qeyd edib.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
02 AVQUST 2026
Hacıqabulda dəhşətli qəza: Sürücü sağ qaldı, həyat yoldaşı isə… 16:43 44 meşə yanğını ilə bağlı 6 həbs - Ədliyyə naziri detalları açıqladı 15:54 Yuanın ticarətdəki payı artır - Beynəlxalq ödənişlərdə yeni mərhələ 15:44 Gürcüstan ABŞ ilə münasibətləri yenidən qurur - Baş nazirdən rəsmi açıqlama 15:26 401-ci briqada cənubi Livandan çəkilir? - İsrail ordusu son nəticələri açıqladı 15:21 Xocavənddə mina partladı, əməkdaş yaralandı 15:16 Ermənistan Prezidenti Paşinyanı Baş nazir təyin etdi 14:24 "Qəbələ" Artur Mottanı heyətinə qatdı 14:57 Yeni Zelandiyada 5,6 bal gücündə zəlzələ baş verdi 14:17 Tehran Qətərin vasitəçilik iddialarını təkzib etdi: "Hörmüz boğazı açılmayacaq" 14:08 Afrikanın ən böyük nəqliyyat infrastrukturlarından birinə Trampın adı qoyuldu – Detallar 13:47 Avqustun 3-də hava necə olacaq? 12:54 Cənubi Koreyada tarixi anomal isti - Milli rekord yeniləndi 11:48 Tramp və Məhəmməd bin Salman Yaxın Şərqdəki vəziyyəti dəyərləndirdilər 12:25 Kartdan-karta köçürmələrə YENİ LİMİT - Bu tarixdən etibarən... 12:30 Azərbaycan istehsalı olan “Addım” filmi beynəlxalq festivala vəsiqə qazandı 12:09 İsrail Qəzzada HƏMAS-ın iki yüksəkvəzifəli üzvünü hədəf aldı 11:31 Macarıstan tarixdə İLK - Pakş AES fəaliyyətini dayandırır 09:48 İlham Əliyev və Mehriban Əliyeva Nəriman Həsənzadənin vida mərasiminə əklil göndərib 11:03 Ermənistan hökuməti istefa verdi 10:49 Rusiya və Ukrayna arasında danışıqlar bərpa olunur - Rubio elan etdi 09:33 Sloveniya dövlət başçısı yol qəzası keçirdi 09:52 DİM bu gün dövlət qulluğuna qəbul imtahanı keçirəcək 09:39 Əməkdar hüquqşünas vəfat etdi 09:27 ABŞ-də restorana silahlı HÜCUM: Ölən və yaralananlar var 09:13 Bütün Xəbərlər