Ədliyyə Nazirliyi ilə Milli Aviasiya Akademiyası arasında memorandum imzalandı

Ədliyyə Nazirliyi ilə Milli Aviasiya Akademiyası arasında memorandum imzalandı
03.07.2025 12:07

Ədliyyə Nazirliyi ilə Milli Aviasiya Akademiyası arasında Memorandum imzalanıb.

Bu barədə TodayPress TV-yə Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Mir Cəlal oğlu Paşayev ədliyyə naziri Fərid Əhmədovla görüşüb. Görüş çərçivəsində Milli Aviasiya Akademiyası (MAA) ilə Ədliyyə Nazirliyi arasında hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələrin bilik və bacarıqlarının artırılması istiqamətində həyata keçiriləcək birgə işlər və digər tərəfdaşlıq perspektivləri müzakirə edilib. Görüşdə MAA ilə Nazirlik arasında Əməkdaşlıq Memorandumu imzalanıb.

Memorandumda MAA-da hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələrin Nazirliyin struktur bölmələrində təcrübə keçmələri və könüllü fəaliyyətə cəlb olunmaları, Nazirliyin əməkdaşlarının MAA-da hüquqşünasların hazırlığı prosesində iştirak etmələri, hüquq elminin inkişafına yönəlmiş birgə təkliflərin hazırlanması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi nəzərdə tutulur.

Görüşdə akademik Arif Mir Cəlal oğlu Paşayev və nazir Fərid Əhmədov tərəfindən bir qrup tələbəyə − Yunanıstanın paytaxtı Afina şəhərində keçirilən XVI Layden-Sarin Məhkəmə Müsabiqəsində (“Leiden-Sarin International Air Law Moot Court Competition”) MAA-nı təmsil etmiş və yarımfinala yüksəlmiş Amal Əhmədova, İlahə Səmədovaya, Rəsul Əliyevə, həmçinin Azərbaycan Respublikasının Ali Məhkəməsi, Məhkəmə-Hüquq Şurası və Vəkillər Kollegiyasının tərəfdaşlığı ilə “Femida Könüllüləri” təşkilatı tərəfindən təşkil olunmuş “DİVAN” Milli Məhkəmə Simulyasiyasında l yerə layiq görülmüş Həmayil Sadıqovaya, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən müasir vergi orqanlarının yaradılmasının 25 illiyinə həsr olunmus “Vergilər” mövzusunda ümumrespublika olimpiadasında III yerə layiq görülmüş Həliməxatun İsmayılovaya təşəkkürnamələr təqdim edilib.

FOTOLAR

Ədliyyə Nazirliyi ilə Milli Aviasiya Akademiyası arasında memorandum imzalandı — 1
Ədliyyə Nazirliyi ilə Milli Aviasiya Akademiyası arasında memorandum imzalandı — 2
Ədliyyə Nazirliyi ilə Milli Aviasiya Akademiyası arasında memorandum imzalandı — 3
XƏBƏR LENTİ
01 AVQUST 2026
Aİ səfiri dilimizi öyrənir - VİDEO 14:52 Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı 14:29 Kriptobirjada son durum: "Bitcoin" 2%-dən çox... 14:16 Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 İran PUA-ları Küveytdə hökumət obyektinə hücum etdi 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 "Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi 13:10 Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Bütün Xəbərlər