EBRD və ASCO müzakirələr apardı

EBRD və ASCO müzakirələr apardı
19.06.2025 17:08

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) və Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) arasında iqlim dəyişikliklərinin şirkətin uzunmüddətli hədəflərinə inteqrasiyası müzakirə edilib.

TodayPress TV bu barədə ASCO-ya istinadən xəbər verir.

Məlumata görə, ASCO-da İqlimlə Əlaqəli Korporativ İdarəetmə (Climate-related Corporate Governance – CCG) layihəsi çərçivəsində EBRD və layihə üzrə məsləhətçi xidməti təqdim edən “Ernst&Young” (EY) şirkətinin nümayəndələri ilə yekun görüş keçirilib.

Görüş zamanı ASCO-nun iqlim dəyişiklikləri ilə bağlı risk və imkanlara hazırlığı, bu faktorların şirkətin strateji inkişaf planlarına və uzunmüddətli hədəflərinə inteqrasiyası məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin layihə çərçivəsində hazırlanmış “CCG Fəaliyyət Planı” və “Davamlılıqla Əlaqəli Kreditlər (SLL) üzrə Fəaliyyət Planı” təqdim olunub.

CCG layihəsi ASCO-nun fəaliyyətində iqlimlə bağlı risk və imkanların daha effektiv nəzərə alınmasını, bu sahədə qərarvermə və planlaşdırma proseslərinin beynəlxalq standartlara uyğunlaşdırılmasını hədəfləyir. Hazırlanmış “CCG Fəaliyyət Planı” şirkətin Paris İqlim Sazişinin məqsədlərinə uyğun fəaliyyətə keçidini təmin etməyə xidmət edir.

Layihənin əsas komponentlərindən biri olan “Davamlılıqla Əlaqəli Maliyyələşdirmə Çərçivəsi” (Sustainability-Linked Finance Framework – SLFF) vasitəsilə ASCO-nun beynəlxalq maliyyə bazarlarında davamlılıqla əlaqəli kreditlər (SLL) və istiqrazlar (SLB) kimi maliyyə alətlərinə çıxışı asanlaşdırılır. Bu isə şirkətə iqlim məqsədlərinə nail olmaq üçün tələb olunan maliyyə resurslarını daha əlverişli şərtlərlə cəlb etməyə imkan verəcək.

Görüşdə, həmçinin şirkət üzrə iqlim risklərinin ssenari analizi, fiziki və keçid risklərinin qiymətləndirilməsi, eləcə də TCFD (Task Force on Climate-related Financial Disclosures) və EBRD-nin “CCG Qiymətləndirmə Metodologiyası” əsasında aparılmış korporativ idarəetmə təhlilinin nəticələri təqdim edilərək müzakirə olunub.

FOTOLAR

EBRD və ASCO müzakirələr apardı — 1
EBRD və ASCO müzakirələr apardı — 2
EBRD və ASCO müzakirələr apardı — 3
EBRD və ASCO müzakirələr apardı — 4
EBRD və ASCO müzakirələr apardı — 5
XƏBƏR LENTİ
01 AVQUST 2026
Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 Bütün Xəbərlər