Dünya Bankı Azərbaycanda qaz sızmalarının azaldılmasına dəstək verəcək

Dünya Bankı Azərbaycanda qaz sızmalarının azaldılmasına dəstək verəcək
30.01.2026 10:54

Dünya Bankı Azərbaycanda qaz sızmalarının azaldılması üzrə layihəni nəzərdən keçirir.

TodayPress TV bu barədə Dünya Bankına istinadən xəbər verir.

Məlumata görə, layihə “Azəriqaz” tərəfindən idarə olunan qazpaylayıcı sistemdə qaz sızmalarının aşkarlanması və aradan qaldırılması yolu ilə metan emissiyalarının azaldılmasını, eləcə də aktivlərin idarə olunması sahəsində institusional potensialın gücləndirilməsini hədəfləyir.

Layihənin ümumi maliyyələşdirmə həcmi 15 milyon ABŞ dolları təşkil edir və 23 aprel 2026-cı il tarixinə təsdiq edilməsi nəzərdə tutulur.

Layihə çərçivəsində qaz sızmalarının aşkarlanması və təmiri üzrə xüsusi maliyyə mexanizmi yaradılacaq. Bu mexanizm GFMR Trest Fondundan ayrılacaq ilkin qrant hesabına işə salınacaq. Vəsaitlər SOCAR vasitəsilə mərhələli şəkildə “Azəriqaz”a yönəldiləcək və qaz sızmalarının aşkarlanması və təmiri üzrə prioritet tədbirlərin icrasına sərf ediləcək. Tədbirlərin seçimi xərc-effektivlik, texniki mürəkkəblik və emissiyaların azaldılmasına təsir kimi meyarlar əsasında aparılacaq.

Eyni zamanda, GFMR vəsaitlərinin bir hissəsi OGMP 2.0 standartlarına uyğun olaraq metan emissiyalarının monitorinqi, hesabatlılıq və verifikasiya sahəsində “Azəriqaz”ın institusional imkanlarının inkişafına yönəldiləcək.

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Bütün Xəbərlər