DSX-də tədbir keçirildi

DSX-də tədbir keçirildi
28.07.2025 09:37

Dövlət Sərhəd Xidmətinin Göytəpə şəhərində yerləşən hərbi hissəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) ilə birgə “Dini radikalizmin fəsadları və ona qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib.

Bu barədə TodayPress TV-yə DSX-dən məlumat verilib.

Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi və din xadiminin iştirakı ilə keçirilən tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilmiş, Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra tədbirin keçirilməsinin əsas məqsədi barədə danışılmış, şəxsi heyətə dini radikalizmin mahiyyəti izah edilmiş, onun milli təhlükəsizliyə və ictimai sabitliyə törətdiyi təhlükələr diqqətə çatdırılmış, eləcə də gənc hərbi qulluqçular arasında radikal təsirlərə qarşı maarifləndirmə işlərinin gücləndirilməsinin vacibliyi vurğulanıb.

Çıxış edənlər vətənpərvərliyin, milli-mənəvi dəyərlərə sədaqətin, xalqa, dövlətə və Müzəffər Ali Baş Komandana bağlılıq prinsiplərinin  Dövlət Sərhəd Xidmətində əsas prioritet olduğunu bildiriblər.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi çıxış edərək dini radikalizmin yaranma səbəbləri, xarici təsirlər və bu meyillərə qarşı aparılan dövlət siyasəti barədə geniş məlumat verib.

Qeyd olunmuşdur ki, Azərbaycan dünyəvi və tolerant dəyərləri ilə tanınan bir ölkədir və ölkəmizdə din dövlətdən ayrı olsa da, dinə, dini dəyərlərə yüksək hörmət göstərilir. Lakin bəzi xarici dairələr bu həssas sahədən sui-istifadə edərək radikal düşüncələri yaymağa çalışır və xüsusilə gəncləri hədəf seçirlər. Radikal ideologiyaların yayılması yalnız dini deyil, həm də ictimai sabitliyi pozmağa yönəlmiş təhlükəli tendensiyalardır, onlara qarşı həm hüquqi, həm də mənəvi mübarizə vacibdir.

Yerli din xadimi dini radikalizmin İslam dini ilə heç bir əlaqəsinin olmadığını vurğulamış, əsl İslamın dinc, ədalətli və mərhəmətli bir din olmaqla, zorakılığı, nifrəti və cəmiyyətə qarşı çıxmağı qəti şəkildə rədd etdiyini qeyd etmişdir. İlahiyyatçı eyni zamanda gəncləri düzgün dini biliklərə yiyələnməyə, etibarlı mənbələrdən məlumat almağa və dini fanatizmə qarşı ayıq-sayıq olmağa çağırıb.

Tədbirin sonunda mövzu ətrafında fikir mübadiləsi aparılmış, şəxsi heyəti maraqlandıran suallar cavablandırılıb.

FOTOLAR

DSX-də tədbir keçirildi — 1
DSX-də tədbir keçirildi — 2
XƏBƏR LENTİ
01 AVQUST 2026
Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Bütün Xəbərlər