Dövlət Xidməti Naxçıvanda tədbirlər keçirdi

Dövlət Xidməti Naxçıvanda tədbirlər keçirdi
13.04.2026 11:21

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təşkilatçılığı ilə Naxçıvanda tədbirlər keçirilib.

Bu barədə TodayPress TV-yə Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, əvvəlcə Dövlət Xidmətinin Naxçıvan şəhəri və Babək rayonundan olan çağırışçıların müddətli həqiqi hərbi xidmətə təntənəli surətdə yolasalma mərasimi təşkil edilib.

Yolasalma mərasimində Naxçıvan şəhər İcra Hakimiyyəti başçısının birinci müavini, icra başçısının vəzifələrini müvəqqəti icra edən Əhməd Vəliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti aparatının idarə rəisi, polkovnik-leytenant Füzuli İsmayılov, Naxçıvan Hərbi Prokurorunun böyük köməkçisi, ədliyyə kapitanı Vilayət Seyidov, həmçinin çağırışçı və valideynlər çıxış ediblər.

Sonra Əlahiddə Ümumqoşun Ordusunun hərbi qulluqçularının nümunəvi nümayişi göstərilib. Rəsmi hissə bitdikdən sonra hərbi xidmətə yola düşən çağırışçılar Vətənə şərəflə xidmət edəcəklərini söz verib, hərbi hissələrə yola salınıblar.

Daha sonra Naxçıvan şəhər İcra Hakimiyyətinin dəstəyi ilə gənclər üçün "Vətənpərvər Azərbaycan gəncliyi – Sağlam gənclik, sağlam gələcək" mövzusunda tədbir keçirilib. Görüşdə açılış nitqi ilə çıxış edən Naxçıvan şəhər İcra Hakimiyyəti başçısının müavini Gülxanım Orucova belə tədbirlərin gənclərdə vətənpərvərlik hissinin artmasına müsbət təsir göstərdiyini bildirib.

Mərasimdə çıxış edən Dövlət Xidmətinin Çağırışaqədərki hazırlıq idarəsinin rəisi polkovnik-leytenant Füzuli İsmayılov, İctimaiyyətlə iş və beynəlxalq əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov və Naxçıvan şəhər idarəsinin rəisi polkovnik-leytenant Sultan Zamanov gənclərə vətənpərvərlik hissi, qalib ölkənin əsgəri olmağın üstünlükləri, sağlam həyat, təhsil möhləti, qanunvericilik, rəqəmsallaşma və digər mühüm məsələlər barədə ətraflı məlumat veriblər.

Tədbirdə iştirak edən Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri də çıxış edərək öz təəssüratları ilə bölüşüblər. Rəsmi hissədən sonra konsert proqramı keçirilib.

Qeyd edək ki, analoji tədbirlər ölkənin bir sıra rayonlarında təşkil edilib və növbəti aylar ərzində davam etdirilməsi nəzərdə tutulur.

TodayPress TV

FOTOLAR

Dövlət Xidməti Naxçıvanda tədbirlər keçirdi — 1
Dövlət Xidməti Naxçıvanda tədbirlər keçirdi — 2
Dövlət Xidməti Naxçıvanda tədbirlər keçirdi — 3
Dövlət Xidməti Naxçıvanda tədbirlər keçirdi — 4
Dövlət Xidməti Naxçıvanda tədbirlər keçirdi — 5
Dövlət Xidməti Naxçıvanda tədbirlər keçirdi — 6
Dövlət Xidməti Naxçıvanda tədbirlər keçirdi — 7
Dövlət Xidməti Naxçıvanda tədbirlər keçirdi — 8
Dövlət Xidməti Naxçıvanda tədbirlər keçirdi — 9
XƏBƏR LENTİ
01 AVQUST 2026
Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Bütün Xəbərlər