Dövlət Agentliyi "Azərişıq"da yoxlamalar aparır - Rəhbər şəxslər cəzalandırıldı

Dövlət Agentliyi "Azərişıq"da yoxlamalar aparır - Rəhbər şəxslər cəzalandırıldı
05.06.2026 12:13

Rəqabət qanunvericiliyinin tələblərinin pozulmasında birbaşa iştirak etmiş "Azərişıq" ASC-nin Cənub, Şimal-Qərb, Şirvan, Sumqayıt və Yasamal Regional (Rayon) Enerji Təchizatı və Satışı İdarələrinin (RETSİ) rəisləri, habelə sözügedən RETSİ-lərin enerji satışı üzrə müavinlərinə maliyyə sanksiyası tətbiq edilib.

TodayPress TV bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə istinadən xəbər verir.

Dövlət Agentliyi Rəqabət Məcəlləsinin müvafiq maddələrinin tələbləri çərçivəsində "Azərişıq" ASC-yə elektrik enerjisi təchizatının sahəvi qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilməsi, istehlakçılara təqdim edilən hesabda (bildirişdə) elektrik enerjisinə görə istehlakçının mövcud qalıq borcunun göstərilməsi, istehlakçılara təqdim edilən yazılı xəbərdarlıqlarda sahəvi qanunvericiliyin tələblərinə uyğun dəyişikliklərin həyata keçirilməsi ilə bağlı icrası məcburi göstəriş verib.

"Hazırda "Azərişıq" ASC tərəfindən elektrik enerjisi təchizatında sahəvi qanunvericiliyin tələblərinə riayət olunması və abonentlərlə işin daha effektiv təşkili istiqamətində zəruri addımlar atılır", - məlumatda deyilir.

Dövlət Agentliyi qanunvericilikdə müəyyən edilmiş təbii inhisar fəaliyyət sahələri üzrə Rəqabət Məcəlləsinin tələblərinə əməl olunmasına nəzarət edir. Bununla əlaqədar olaraq, Agentlik təbii inhisar subyektlərinin fəaliyyətinin tənzimlənməsi, eləcə də müştərilərin mənafeyinə mənfi təsir göstərə bilən hərəkətlərə yol verilməsinin qarşısının alınması istiqamətində bir sıra tədbirləri həyata keçirir.

Bu çərçivədə vətəndaş müraciətləri, o cümlədən Agentliyin sorğusuna əsasən Energetika Nazirliyinin tabeliyində Enerji Məsələləri Tənzimləmə Agentliyindən (EMTA) daxil olmuş məlumatlar əsasında elektrik enerjisi təchizatının qanunvericiliyə uyğun təşkili istiqamətində "Azərişıq" ASC barəsində araşdırma aparılıb. Araşdırmalar zamanı elektrik enerjisi təchizatının Rəqabət Məcəlləsinin və sahəvi qanunvericiliyin tələblərinə tam uyğunluğunun təmin edilməsi, habelə istehlakçıların hüquq və mənafelərinin qorunması məqsədilə müvafiq təkmilləşdirmə tədbirlərinin həyata keçirilməsinin zəruriliyi əsas götürülərək iş qaldırılıb. Rəqabət komissiyası tərəfindən baxılan işin hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmək məqsədilə işə baxılması prosesinə EMTA-nın səlahiyyətli nümayəndələri cəlb edilib.

"İşə baxılma prosesində "Azərişıq" ASC tərəfindən elektrik enerjisi istehlakına görə istehlakçılarla hesablaşmaların aparılması və bildirişlərin təqdim olunmasının sahə üzrə qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsi, eləcə də elektrik enerjisi təchizatının dayandırılmasında qanunvericilikdə nəzərdə tutulmuş müddətlərə riayət edilməsinin vacibliyi müəyyən edilib", - məlumatda bildirilir.

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Rezai: Hücum olarsa, regionu daş dövrünə qaytaracağıq 17:09 Arvadını qətlə yetirən şəxsə hökm oxundu 16:54 Dünya çempionatı: İbrahim Həsənov yarımfinala vəsiqə qazandı - YENİLƏNDİ 15:10 Yaponiya yeni mərkəzləşdirilmiş xüsusi xidmət orqanı yaratdı 16:22 Ukrayna Fransaya yardım göndərdi 16:00 Azərbaycan manatının dövretmə sürəti iyunda artdı 15:42 Ukrayna Qara dənizdə "Rosatom"un konteyner gəmisini batırdı 15:26 Aİ səfiri dilimizi öyrənir - VİDEO 14:52 Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı 14:29 Kriptobirjada son durum: "Bitcoin" 2%-dən çox... 14:16 Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 İran PUA-ları Küveytdə hökumət obyektinə hücum etdi 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 "Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi 13:10 Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Bütün Xəbərlər