Diqqət sükan arxasında: Telefon və monitor istifadəsinə yeni qadağalar

Diqqət sükan arxasında: Telefon və monitor istifadəsinə yeni qadağalar
10.04.2026 13:32

Son günlər Türkiyədə avtomobillərə sonradan quraşdırılan monitorlar və telefon tutacaqları ilə bağlı tətbiq edilən yeni məhdudiyyətlər regionda, o cümlədən Azərbaycanda sürücülər arasında geniş müzakirələrə səbəb olub. 

Mövzu ilə bağlı TodayPress TV-yə danışan nəqliyyat eksperti Adil Nəbiyev mövzu ilə bağlı mühüm məqamlara aydınlıq gətirərək, bu qaydaların mahiyyətini və ölkəmizdə tətbiqi ehtimalını dəyərləndirib.


Onun sözlərinə görə, Türkiyədəki dəyişikliklər cihazların tam qadağan edilməsi deyil, sürücünün təhlükəsizliyini təmin etmək üçün tətbiq olunan məhdudiyyətlərdir:

"Yeni qaydalara əsasən, cihazın özü deyil, onun sürücüyə mane olması problem hesab edilir. Əgər telefon tutacağı ön şüşəyə elə bərkidilibsə ki, sürücünün yolu görmə sahəsini məhdudlaşdırır, bu, qayda pozuntusu sayılır. Hərəkət zamanı video nümayiş etdirən və ya sürücünün diqqətini yoldan ayıran ekranlar cərimə səbəbidir. Naviqasiya kimi passiv istifadə hallarına icazə verilsə də, sürücünün aktiv şəkildə cihazla məşğul olması qadağandır".

Ekspert bildirib ki, bənzər yanaşmanın Azərbaycanda da tətbiqi tamamilə mümkündür. Buna əsas verən bir neçə faktor var:

"Hazırkı qanunlarımızda sürücünün diqqətini yayındıran hallara qarşı artıq müəyyən bəndlər mövcuddur. Azərbaycan yol təhlükəsizliyi məsələlərində tez-tez Türkiyə və digər qonşu ölkələrin təcrübəsini nəzərə alır. Əgər yol qəzalarında diqqət yayınması səbəbindən baş verən hadisələrin sayı artarsa, bu məhdudiyyətlər rəsmi şəkildə gündəmə gələ bilər".

Mütəxəssis hesab edir ki, yaxın müddətdə Azərbaycanda tam sərt qadağalardan çox, mərhələli bir yanaşma daha real görünür. 

"Bu yanaşma cihazların yerləşdirilməsinə konkret texniki tələblərin qoyulmasını, ön şüşəyə bərkidilən qurğuların tənzimlənməsini və əyləncə xarakterli ekranlara nəzarətin gücləndirilməsini nəzərdə tuta bilər", - deyə Adil Nəbiyev qeyd edib.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Rezai: Hücum olarsa, regionu daş dövrünə qaytaracağıq 17:09 Arvadını qətlə yetirən şəxsə hökm oxundu 16:54 Dünya çempionatı: İbrahim Həsənov yarımfinala vəsiqə qazandı - YENİLƏNDİ 15:10 Yaponiya yeni mərkəzləşdirilmiş xüsusi xidmət orqanı yaratdı 16:22 Ukrayna Fransaya yardım göndərdi 16:00 Azərbaycan manatının dövretmə sürəti iyunda artdı 15:42 Ukrayna Qara dənizdə "Rosatom"un konteyner gəmisini batırdı 15:26 Aİ səfiri dilimizi öyrənir - VİDEO 14:52 Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı 14:29 Kriptobirjada son durum: "Bitcoin" 2%-dən çox... 14:16 Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 İran PUA-ları Küveytdə hökumət obyektinə hücum etdi 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 "Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi 13:10 Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Bütün Xəbərlər