Dini Komitə yanında İctimai Şuranın üzvləri Katolik Kilsəsini ziyarət etdilər

Dini Komitə yanında İctimai Şuranın üzvləri Katolik Kilsəsini ziyarət etdilər
17.06.2025 17:47

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvləri Bakıda yerləşən Müqəddəs Məryəm Katolik Kilsəsini ziyarət edib, dini icmanın fəaliyyəti ilə tanış olublar.

TodayPress TV xəbər verir ki, görüşdə Katolik kilsəsinin Apostol Prefekturasının yepiskopu Vladimir Fekete, qurumun mətbuat katibi Toral Ağayev, İctimai Şuranın sədri Elnur Mustafayev və sədr müavini Səadət Məmmədova, üzvləri Nigar Axundova, Tural Əhmədov, eyni zamanda Komitənin əməkdaşı Vüsalə Hüseynova iştirak edib.

Katolik kilsəsinin Apostol Prefekturasının yepiskopu Vladimir Fekete ölkəmizdə katolikliyin tarixi və fəaliyyəti haqqında geniş məlumat verib, dövlətin icmaya göstərdiyi qayğıdan məmnunluğunu ifadə edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Heydər Əliyev Fondunun dəstəyi ilə Müqəddəs II İoann Pavelin şərəfinə katolik kilsəsinin inşasına başlanılmasının yerli katoliklər üçün mühüm hadisə olduğunu qeyd edib.

Azərbaycanda mövcud olan dini tolerantlıq mühiti və multikultural ənənələrin əhəmiyyətinə toxunan İctimai Şura üzvləri ölkədə dini müxtəlifliyin qorunması və dinlərarası həmrəyliyin möhkəmləndirilməsi istiqamətində görülən işləri yüksək qiymətləndiriblər. Bildiriblər ki, bu cür görüşlərin keçirilməsində əsas məqsəd dövlət tərəfindən qeydiyyata alınan dini konfessiyaların fəaliyyəti, dini qurumlar arasındakı əməkdaşlıq mühiti ilə daha yaxından tanış olmaqdır.

FOTOLAR

Dini Komitə yanında İctimai Şuranın üzvləri Katolik Kilsəsini ziyarət etdilər — 1
Dini Komitə yanında İctimai Şuranın üzvləri Katolik Kilsəsini ziyarət etdilər — 2
Dini Komitə yanında İctimai Şuranın üzvləri Katolik Kilsəsini ziyarət etdilər — 3
XƏBƏR LENTİ
01 AVQUST 2026
Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Bütün Xəbərlər