DİN NİİM sürücülərə müraciət etdi

DİN NİİM sürücülərə müraciət etdi
30.06.2025 14:51

Yay aylarında hava şəraitinin isti keçməsi və vaxtında texniki qulluq olunmaması daha çox nasaz avtomobilin yolda qalmasına səbəb olur. Bir neçə illik təhlillər göstərir ki, hər il iyun, iyul, avqust aylarında digər aylara nisbətən daha çox nəqliyyat vasitəsi texniki nasazlıq səbəbindən yollarda qalır. Belə ki, ötən ilin yay aylarında müşahidə kameralarının görünüş sahəsində 649 texniki nasaz avtomobil müxtəlif küçə və prospektlərdə məcburi dayanıb və nəqliyyat sıxlığının yaranmasına səbəb olub. Nəqliyyatın intensiv və sürətli olduğu yolların hərəkət hissəsində qalan belə avtomobillər qəza şəraiti yaratmaqla digər yol hərəkəti iştirakçılarının da təhlükəsizliyini risk altına alır. 

TodayPress TV xəbər verir ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə istifadələrində olan avtomobillərə mütəmadi texniki qulluq göstərməyi, yola çıxmazdan əvvəl isə,  xüsusilə də mühərrik hissəyə diqqət yetirməyi tövsiyə edir.

Qeyd edək ki, “Yol hərəkəti haqqında” Qanunun 30-cu maddəsinə əsasən, nəqliyyat vasitələrinin sahibləri və ya nəqliyyat vasitələrinin texniki vəziyyətinə cavabdeh olan şəxslər nəqliyyat vasitələrinin istismarı zamanı onların texniki vəziyyətinə dair müəyyən edilmiş tələblərə riayət etməli, nəqliyyat vasitələrinin texniki cəhətdən saz vəziyyətdə saxlanılması üçün onlara vaxtlı-vaxtında texniki xidmət göstərməlidirlər. 

Bu qaydalara riayət etməklə yollarda daha təhlükəsiz və maneəsiz hərəkəti təmin etmək mümkündür.

XƏBƏR LENTİ
15 IYUN 2026
İsrailin sabiq baş naziri: "Netanyahu müharibəni uduzdu" 18:39 Pezeşkian elan etdi: ABŞ və İran arasında müharibə bu tarixdə bitir 18:33 "Sanksiyalar ləğv edilməyəcək!" - Fon der Lyayen İrana şərt qoydu 18:19 Azərbaycan boksçuları Dünya Kubokuna qələbə ilə başladı 18:09 Surət Hüseynov Gəncədən hücum edərkən Bakıya qədər heç bir rayonun icra başçısı qabağına çıxa bilmədi - Qurtuluş gününün şifrələri 17:53 Axtarışda olan 83 nəfər tutuldu 17:44 Yollarda görünüş bu məsafəyədək məhdudlaşacaq 17:30 Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 17:16 İtkin düşən 8 nəfər tapıldı 17:11 İran: Hörmüz boğazından keçid üçün rüsum tutulmayacaq 16:59 Müdafiə naziri Pakistan tərəfinə başsağlığı verdi 16:48 Azəriqaz işçilərinin maaşından tutulan pullar Qarabağ turunda “kartof və toyuq qanadı”na getdi? 16:44 Səfir: Azərbaycan Prezidentinin Almaniyaya səfərinə ümid edirik 16:36 Zelenski Putinə görüşməyi təklif etdiyini açıqladı 16:25 İspaniya Kabo Verde ilə, Belçika isə Misirlə qarşılaşacaq 16:12 Almaniya səfiri: Azərbaycanla münasibətlər ardıcıl olaraq inkişaf edir 16:01 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi 15:51 Vuçiç Gürcüstanda rəsmi səfərdədir 15:43 Filippində güclü zəlzələ oldu 15:30 Aİ-dən Rusiyaya bu sanksiyaları tətbiq etdi 15:23 Narişkindən Ermənistana xəbərdarlıq: Qərbə arxalanmaq ölkədə problemlər yarada bilər 15:11 Azərbaycanlı futbolçu Kipr klubuna keçdi 15:05 Tramp doğum günündə tribunada yatdı - VİDEO 15:01 Lukaşenko və Putin yaxın vaxtlarda görüşəcək 14:50 Kobaxidze İran-ABŞ razılaşmasına reaksiya verdi 14:44 Bütün Xəbərlər