DİN-in Hərbi İnstitutunda növbəti buraxılış oldu

DİN-in Hərbi İnstitutunda növbəti buraxılış oldu
20.06.2025 10:28

Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunlarının Hərbi İnstitutunda 2024-2025-ci tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib.

Bu barədə TodayPress TV DİN-dən məlumat verilib.

Bildirilib ki, tədbir daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iştirak edib. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və vətənimizin suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş, xidməti-döyüş tapşırıqlarının yerinə yetirilməsi zamanı canlarından keçən hərbi qulluqçuların və polis əməkdaşlarının əziz xatirəsi yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.

Məzunların buraxılış mərasiminin Hərbi İnstitutun həyatında əlamətdar hadisələrdən biri olduğunu diqqətə çatdıran nazir müavini – Daxili Qoşunların komandanı general-leytenant Şahin Məmmədov təhsil müəssisəsinin inkişaf yolu, maddi-texniki və tədris bazasının gücləndirilməsi istiqamətində görülən işlər və qarşıda duran vəzifələr barədə məruzə edib.

Nazir Vilayət Eyvazov Daxili İşlər Nazirliyinin əsas struktur qurumlarından olan Daxili Qoşunların yarandığı gündən şərəfli xidmət yolu keçdiyini vurğulayıb, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə, ölkədə sabitliyin, ictimai təhlükəsizliyin təmin olunmasında onun mühüm rol oynadığını diqqətə çatdırıb. O, Daxili Qoşunların döyüş hazırlığının yüksəldilməsinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən hər zaman nəzarətdə saxlanıldığını, müasir silah və texnika ilə təminatı, şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsi sahəsində bir çox vacib qərarların qəbul edildiyini vurğulayıb, xüsusi diqqət və qayğının nəticəsi olaraq Daxili Qoşunların qarşıya qoyulan istənilən döyüş tapşırığını layiqincə yerinə yetirməyə qadir olduğunu bildirib.

General-polkovnik V.Eyvazov Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında möhtəşəm qələbə ilə nəticələnən Vətən müharibəsində Daxili Qoşunların hərbi qulluqçularının ön cəbhədə qəhrəmanlıq və vətənpərvərlik nümunələri göstərdiyini, onların arasında Hərbi İnstitutun məzunlarının da olmasını bu təhsil müəssisəsində kursantların dövlətə, xalqa, hərbi anda sədaqət ruhunda formalaşmasında əzmkar fəaliyyətin əyani təsdiqi kimi dəyərləndirib.

Daxili Qoşunların Hərbi İnstitutunun bu gün öz təyinatına uyğun olaraq Qoşunlar üçün yüksək ixtisaslı, peşəkar zabit heyətinin hazırlanması ilə bağlı çox böyük işlər gördüyünü, bu mühüm vəzifənin gələcəkdə də layiqincə yerinə yetiriləcəyinə əminliyini ifadə edib.

Daxili işlər naziri Qoşunların peşəkar kadr özəyinin formalaşmasında, şəxsi heyətin döyüş hazırlığında yüksək nəticələr əldə etdiyinə görə Türkiyə Silahlı Qüvvələrinin, o cümlədən Jandarm Baş Komandanlığının roluna xüsusi diqqət çəkib. Qeyd olunub ki, məzunların həyatında yeni bir dövr başlayır. Bu təhsil ocağında komandir peşəsinə yiyələnməklə liderlik, cəsurluq, fədakarlıq, dürüstlük kimi keyfiyyətlər qazanan, peşələrini sevən, müasir düşüncəyə sahib gənc zabitlər аrtıq hаzırlıqlı və pеşəkаr hərbçilər kimi Daxili Qoşunların sıralarında xidmətlərini uğurla davam etdirəcək, Qoşunların döyüş ənənələrinə sadiq qalacaqlar.

Nazir V.Eyvazov gənc zabitləri, onların valideynlərini və yaxınlarını Hərbi İnstitutu uğurla bitirmələri münasibətilə təbrik edib, Daxili Qoşunlar üçün peşəkar kadrlar hazırlayan bu ali təhsil ocağının rəhbərliyinə, zabit-müəllim heyətinə təşəkkürünü bildirib, fəaliyyətlərində uğurlar arzulayıb.

Kursant Çingiz Cəfərli onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına, DİN rəhbərliyinə və Hərbi İnstitutun zabit-müəllim heyətinə minnətdarlığını çatdırıb, gələcəkdə peşəkar zabit olacaqlarını, Vətən, dövlət və xalq qarşısında vəzifələrini layiqincə yerinə yetirəcəklərini, hərbçi şərəfini hər zaman uca tutacaqlarını bildirib. Sonra Döyüş Bayrağı üçüncü kursun kursantlarına təhvil verilib. Gənc zabit Ç.Cəfərli “Yaş kötüyü”nə rəmzi xatirə lövhəsini vurub.

Tədbirin sonunda daxili işlər naziri Hərbi İnstitutu fərqlənmə və "baş leytenant" rütbəsi ilə bitirmiş məzunlara diplomları təqdim edib. Sonda gənc zabitlər təntənəli marşla tribunanın qarşısından keçiblər.

FOTOLAR

DİN-in Hərbi İnstitutunda növbəti buraxılış oldu — 1
DİN-in Hərbi İnstitutunda növbəti buraxılış oldu — 2
DİN-in Hərbi İnstitutunda növbəti buraxılış oldu — 3
DİN-in Hərbi İnstitutunda növbəti buraxılış oldu — 4
DİN-in Hərbi İnstitutunda növbəti buraxılış oldu — 5
DİN-in Hərbi İnstitutunda növbəti buraxılış oldu — 6
DİN-in Hərbi İnstitutunda növbəti buraxılış oldu — 7
DİN-in Hərbi İnstitutunda növbəti buraxılış oldu — 8
DİN-in Hərbi İnstitutunda növbəti buraxılış oldu — 9
XƏBƏR LENTİ
16 IYUN 2026
ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 İrana pul verilməyib, İsrail Livanda qalacaq! - ABŞ rəsmisi AÇIQLADI 21:44 ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçildi 21:10 Tehran ABŞ ilə sazişə hazırlaşır: İmzadan sonra nə baş verəcək? 20:57 "Həm Putin, həm də Zelenski Ukraynada sülhə açıqdır" - Tramp 20:39 Vens anlaşma imzalandığını təsdiqlədi 20:22 ABŞ və İran anlaşma memorandumunu imzaladı? - Detallar açıqlanacaq.. 20:00 İslamabad razılaşmasının detalları açıqlandı 19:43 Bütün Xəbərlər