Deputat: “Azərbaycanı regionun liderinə çevirən Ali Baş Komandanın fəaliyyəti ölkəmizin çəkisini artırdı”

Deputat: “Azərbaycanı regionun liderinə çevirən Ali Baş Komandanın fəaliyyəti ölkəmizin çəkisini artırdı”
24.12.2025 17:35

"Bu gün, 24 dekabr, Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin doğum günüdür. Mən, şəxsən partiya sədri olaraq, cənab prezidentə təbrik məktubu ünvanlamışam"

Bunu TodayPress TV-yə Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib.


O, diqqətə çatdırıb ki, İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa edib və regionda lider mövqeyini gücləndirib:

"Onu həm gördüyü işlərə görə, xüsusilə 2020-ci ildə Azərbaycanın işğal altında olan ərazilərinin azad olunması istiqamətində Ali Baş Komandan olaraq atdığı addımlara görə, həm də sonrakı dövrdə, o cümlədən 2023-cü il antiterror əməliyyatı və əvvəlki antiterror əməliyyatları ilə, eləcə də 2023-cü il sentyabrın 19-dan 20-nə keçən gecə həyata keçirilmiş son antiterror əməliyyatı ilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa edilməsindəki töhfələrinə görə xüsusi olaraq qiymətləndirib təbrik etmişik.

O zaman da, indi də bir daha sizin vasitənizlə cənab prezidentə təbriklərimi çatdırmaq istəyirəm. Onun yürütdüyü, xüsusilə çoxvektorlu xarici siyasət Azərbaycanın yalnız regionda deyil, qlobal miqyasda da ciddi və yüksək imicə malik dövlət olaraq tanınmasında xüsusi əhəmiyyət kəsb edir. Cənab prezident çoxvektorlu siyasət yürütməklə Azərbaycanı regionun lider dövlətinə çevirib.

İqtisadi və logistik imkanlar baxımından Azərbaycan çox strateji coğrafiyada yerləşir, Asiya ilə Avropa arasında körpü rolunu oynayır. Amma bütün bu imkanlardan maksimum istifadə etmək siyasi iradə, uzaqgörənlik və yüksək bacarıq tələb edir ki, bütün bunları Azərbaycan prezidenti bacarıqla həyata keçirib. Bu gün regionda hər hansı bir layihənin gerçəkləşməsi üçün Azərbaycanın iştirakı vacibdir.

Regionda reallıqlar 2020-ci ildən sonra dəyişib. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə yeni reallıqlar yaradıb ki, Amerika Birləşmiş Ştatları, Çin, Böyük Britaniya və digər dövlətlər, xüsusilə region ölkələri bu reallıqlarla barışmağa məcburdur. Azərbaycanın önəmi və çəkisi artıb, dövlətimizə və Prezidentə yönəlik münasibət yaxşı mənada dəyişib.

Azərbaycan Türk Dövlətləri Təşkilatının dominant üzvlərindən biridir və cənab prezidentin dediyi kimi, bizim istiqamətimiz Türk ailəsinə doğrudur. Təşkilatın dominant üzvü olaraq Azərbaycanın gördüyü işlər yüksək səviyyədədir. Eyni zamanda, Azərbaycan Asiya və Avropa ölkələri ilə, dünyanın bir sıra aparıcı dövlətləri ilə ikitərəfli və çoxtərəfli münasibətlər formalaşdırıb və bu istiqamət davam edir.

Bu çətin və şərəfli işdə Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə uzun ömür və uğurlar arzu edirəm. Bundan sonra da Azərbaycan naminə böyük uğurlar arzulayıram və ümid edirəm ki, bütün bu arzular reallaşacaq. Bir daha cənab prezidenti doğum günü münasibətilə təbrik edirəm"-, parlamentari deyib.

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Bütün Xəbərlər